Daha 20 tələbəyə təqaüd veriləcək
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb.
Bu barədə Bakıvaxtı.az-a TİF-dən məlumat verilib.
Bildirilib ki, yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur.
Müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.
Nicat Məmmədli əməkdaşlığın davam etdirilməsinin sosial həssas qrupa aid olan gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Sədr bildirib ki, tələbələrə göstərilən maliyyə dəstəyi onların təhsillərini davam etdirmələrinə, bilik və bacarıqlarını inkişaf etdirmələrinə, gələcək hədəflərinə doğru inamla irəliləmələrinə şərait yaradır.
Yusif Poladov vətəndaşların təhsil sahəsinə göstərdiyi dəstəyin və sosial həmrəyliyin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Proqram sosial həssas qrupa aid olan, Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin I kursunda təhsil alan və qəbul imtahanında minimum 600 bal toplayan tələbələri dəstəkləməyi hədəfləyir. Seçiləcək hər bir tələbəyə 10 ay müddətində aylıq 200 manat məbləğində təqaüd veriləcək.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı çərçivəsində bu günədək 43 tələbəyə təqaüd ayrılıb. Proqramın davam etdirilməsi sosial həssas qrupa aid olan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 Noyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















