Tokayev Paşinyanı təbrik etdi: Ermənistanla bağlı mesaj verdi
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın yenidən baş naziri təyin olunan Nikol Paşinyanı təbrik edib və iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına dəstəyini ifadə edib.
Modern.az xəbər verir ki, bu barədə Tokayevin Paşinyana ünvanladığı təbrik məktubunda bildirilib.
Tokayev vurğulayıb ki, Qazaxıstanda Paşinyan Ermənistanla Qazaxıstan arasında strateji tərəfdaşlığın genişləndirilməsində maraqlı olan nüfuzlu dövlət xadimi kimi qiymətləndirilir.
O, birgə səylərlə İrəvan və Astana arasında çoxtərəfli dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, avqustun 2-də Ermənistan Prezidenti Vahan Xaçaturyan "Vətəndaş müqaviləsi" Partiyasının lideri Nikol Paşinyanı yenidən ölkənin baş naziri təyin edib.
Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçirilib. Rəsmi nəticələrə əsasən, "Vətəndaş müqaviləsi" Partiyası 49,75 faiz səslə qalib gəlib. Parlamentə həmçinin "Güclü Ermənistan" və "Ermənistan" blokları daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 04 Avqust 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















