Tokayev: Qazaxıstan yeni iqtisadi modelə keçir
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstan yeni iqtisadi modelə keçir.
"Report"un Qazaxıstan bürosunun "Akorda"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclasında milli iqtisadiyyatın inkişafını şərh edərkən deyib.
Tokayevin sözlərinə görə, qlobal vəziyyətin pisləşməsinə və beynəlxalq çağırışların artmasına baxmayaraq, Qazaxıstan ölçülüb-biçilmiş siyasət yürütməyə və inamla irəliləməyə davam edir.
Prezident qeyd edib ki, ötən ilin yekunları üzrə Qazaxıstan iqtisadiyyatı 6,5 % artıb. Ölkənin ümumi daxili məhsulu 300 milyard dolları ötüb, adambaşına düşən ÜDM isə 15 min dollara çatıb.
Dövlət başçısı vurğulayıb ki, bu, MDB ölkələri arasında ən yüksək göstəricilərdən biri, Mərkəzi Asiya regionu üçün isə rekord nəticədir.
Tokayev həmçinin bildirib ki, Qazaxıstan inflyasiyanı yavaşlatmağa nail olub. Cari ilin beş ayının yekunlarına görə, inflyasiya 10,4 %-ə qədər azalıb. İnflyasiyanın daha da azaldılması istiqamətində işləri davam etdirmək lazımdır.
Qazaxıstan lideri maliyyə sisteminin sabitliyini xüsusi qeyd edərək milli valyutanın xarici risklərdən etibarlı şəkildə qorunduğunu bildirib. O vurğulayıb ki, yeni Büdcə və Vergi məcəllələri Qazaxıstan iqtisadiyyatının yeni modelinin formalaşmasının təməlini qoyub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 30 İyun 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















