Icma.az
close
up
RU
Tokayevin Xankəndinə niyə gəlməməsi sualı İLGİNC DETALLAR

Tokayevin Xankəndinə niyə gəlməməsi sualı İLGİNC DETALLAR

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Qazaxıstan lideri Moskvadan ehtiyatlanıb, yoxsa Ersin Tatarın iştirakına görə səfərdən vaz keçib?

Xankəndidə keçirilən İƏT sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirak etməməsi bu ölkə mediasında və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Orda” nəşri yazır ki, çoxları Tokayevin sammitdə iştirakdan imtinasını Moskvaya siqnal kimi qiymətləndirib.

Eyni zamanda bəzi ekspertlər xatırladırlar ki, İƏT hökumətlərarası təşkilatdır və baş nazirlərin iştirakı məntiqlidir. Pakistan və Türkmənistan kimi Qazaxıstan da tədbirdə iştirakı hökumət başçısına həvalə edib.

Bəzi ekspertlər həm də o rəydədir ki, Tokayevlə İlham Əliyevin münasibətləri çox yaxşıdır və zatən daimi diplomatik təmasdadırlar.

Bununla belə, Tokayevin getməməklə strateji səhvə yol verdiyi barədə fikirlər də var. Ümumiyyətlə, Qazaxıstandakı müşahidəçilər bu addımı “düşünülmüş diplomatik siqnal” kimi qiymətləndirirlər. Onların fikrincə, Qazaxıstan Asiya təşəbbüslərində iştirakını davam etdirir, çoxvektorlu və balanslaşdırılmış siyasət Astananın xarici siyasət ənənələrinə uyğundur.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, əslində Tokayevin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən toplantısında iştirakı gözlənilirdi. Lakin Qazaxıstan prezidenti şəxsən iştirak etməsə də, ölkəsi yüksək səviyyədə – baş nazir səviyyəsində təmsil olundu. Bu da yüksək təmsilçilik  hesab olunur: “Cənab Tokayevin özünün iştirak etməməsi Rusiya-Azərbaycan gərginliyi fonunda müxtəlif formada təhlil olundu və olunur. Hesab edirəm ki, burada bir neçə səbəb var. Birinci səbəb həqiqətən də söylənilən kimi, Rusiya faktoru ilə bağlıdır. Ola bilsin ki, həmin zaman Rusiya-Azərbaycan gərginliyindən çəkinərək Qazaxıstan prezidenti Xankəndi zirvəsində iştirak etməməyi özü üçün məqbul sayıb. Bu ehtimal güclüdür. Lakin daha sadə və bəsit cavab da var. Bu cavab da ondan ibarətdir ki, Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ersin Tatarın Xankəndidəki toplantıda iştirak etməsinin Tokayevin son qərarına təsir göstərdiyini düşünmək olar. Xatırlayırsınızsa, Vladimir Putinin iştirakı ilə bir neçə il öncə Valday beynəlxalq diskussiya klubunun iclasında Tokayev bildirdi ki, kvazi dövlətləri tanımırıq və tanımaq istəmirik. Ola bilsin ki, tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinin rəhbərinin İƏT toplantısında iştirak etməsi Tokayev üçün çəkindirici amil olub”.

Ekspertin sözlərinə görə, istənilən halda, Qazaxıstan dost və qardaş ölkədir və onun rəhbərinin səfərləri arzuolunandır: “Rusiya-Azərbaycan gərginliyində də sosial şəbəkə seqmentində qazaxıstanlı qardaşlarımızın Azərbaycanın mövqeyini müdafiə etdiklərini görürük. Onların ən çox söylədiyi alqış kimi “Qazaxıstan-Azərbaycan qardaşlığı əbədi olsun” şüarlarına tez-tez rast gələ bilərik. Yəni Qazaxıstanda ictimai rəy də Azərbaycanın tərəfindədir. Hesab edirəm ki, meydana gələn söz-söhbətlər də tez bir zamanda aradan götürüləcək”.

Aqil Məmmədov

Politoloq Aqil Məmmədov isə bildirdi ki, Tokayevin Xankəndinə Moskva faktoruna görə gəlmədiyi barədə iddialar əsassızdır: “Rusiya hava məkanında vurulan AZAL təyyarəsinin Aktau yaxınlarında qəzaya düşməsindən sonra rəsmi Astana kifayət qədər açıq mövqe sərgiləmişdi. Qəzanın ilk dəqiqələrindən etibarən rəsmi Astana Bakı ilə birbaşa kommunikasiya kanalı quraraq, hadisə ilə bağlı həqiqətlərin üzə çıxmasına maksimum dərəcədə töhfə verdi. Bu, Kasım-Jomart Tokayevin birbaşa tapşırığı olmadan mümkün olmazdı. Ümumiyyətlə, 2024-cü ildə iki ölkə prezidentləri arasında birbaşa kontaktlar münasibətlərdə yeni səhifə açdı və əlaqələr inkişaf etməkdədir. Elə həmin il Qazaxıstan prezidenti Şuşaya səfər edən ölkə başçılarından biri oldu ki, bu faktın özü Azərbaycanın suverenlik möhürü altına Qazax liderinin şahidlik imzası atması deməkdir. Odur ki, Kasım-Jomart Tokayevin İƏT sammitinə şəxsən gəlməməsi, məncə, sırf texniki məsələdir və bunda siyasi çalar axtarmaq düzgün deyil. Əksinə, Qazaxıstan son dövrlərdə “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında aktivliyini artırmaqdadır. Qazaxıstan Mərkəzi Asiya-Çin, İtaliya və Avropa İttifaqı sammitlərinə həm ev sahibliyi edir, həm də aktiv iştirak edir. Aydın məsələdir ki, Mərkəzi Asiyada Aİ-nin və Çinin artan fəallığı bəzi dairələr tərəfindən xoş qarşılanmır. Lakin buna baxmayaraq, rəsmi Astana milli maraqları çərçivəsində tərəfdaşları ilə əlaqələri dərinləşdirməkdə maraqlı görünür. Bu da o deməkdir ki, Qazaxıstan üçün Azərbaycan və Türkiyə ilə strateji əlaqələrin dərinləşməsi dünənkindən daha çox vacibdir”.

Politoloq vurğuladı ki, Qazaxıstan prezidenti fiziki olaraq Xankəndi sammitində iştirak etməsə də, ölkə hökuməti başçısı səviyyəsində təmsil olunub, müzakirələrdə aktiv iştirak edib və qəbul edilən bütün qərarlara qoşulub: “Ona görə də hesab edirəm ki, bu məsələnin Qazaxıstanda hansısa daha çox rusiyameylli media subyektlərində süni şəkildə müzakirəyə çıxarılması Azərbaycan-Qazaxıstan münasibətlərinə xələl gətirmək cəhdidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 İyul 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri