Icma.az
close
up
RU
Vətən sevgisi ilə döyünən ürək

Vətən sevgisi ilə döyünən ürək

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gördüyünuz otaq onun hər səhər baş çəkdiyi, xalq qəhrəmanlarının xatirəsinin əbədiləşdirildiyi müqəddəs məkandır. Bir vaxtlar boş torpaq sahəsində olan həmin ərazilər bura gələnləri heyrətə salır. Onun zəhmətini qiymətləndirərək ürəkdən deyirlər: "Bu inqilabçı övladı, mühacir balası, gör nələr yaradıb!"

Bu günlərdə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi 21 Azər Hərakatının 80 illik yubileyi qeyd olunur. Onda onun cəmi 10 yaşı var idi. Söhbət 21 Azər hərəkatı iştirakçısının övladı, zəngin və mənalı ömür yolu keçmiş məsləkdaşımız Nizami Hüseyn oğlu Rzaşüvaridən gedir. O, hələ 10 yaşında olanda ağlı kəsən qədər xalq inqilabının nə olduğunu bilirdi. Təbrizdə yaşıdları ilə bir-birinə qoşulub bu insanların boy-buxununa, gəzdirdiyi silahlara həsədlə baxırdılar. Cəmi bir ildən sonra atası, tanınmış inqilabçılar gecə ikən alnından öpüb "tezliklə görüşərik" dedi. Amma sifətini beş ildən sonra gördü. Xəzərdə gəmi 8 nəfər inqilabçı balasını gizlicə aradan çıxartdı. Bu qaçaqlar inqilabçı balaları idi. Bakıya gəlib müxtəlif rayonlarda məskunlaşdılar. Amma bu yaşantı da fədai Hüseynə və övladı Nizamiyə isti ocaq bəxş etmədi. Ata da, bala da mühacir həyatı yaşadılar. Hüseyn kişi günlərlə övladına həsrət qaldı. Vətən adlı diyar da həsrətə çevrildi.

Nizami fikirləşir ki, hara gedibsə, harada olubsa, ömrü mübarizələrdən, səngərlərdən, döyüşlərdən keçib. Yevlaxda oxuyub, Seyid Cəfər Pişəvəri adına internat məktəbində fars dilini öyrənib. 1978-ci ildə Ali Hərbi təhsil ocağında oxuyanda ona tam aydın idi ki, gələcəkdə onu hansı peşə gözləyir.

Çox təəssüf ki, Nizaminin də başı bu yolu seçənlərlə birgə daşdan-daşa dəydi. Semipalatinskidə nüvə silahının sınaqdan keçirilməsi zamanı şüalanmaya məruz qaldı. Əfqanıstanda qızğın döyüşlərin birində aldığı kantuziyanın ağrı-acılarını indi də bədənində yaşadır.

Yəqin ki, çoxunuz uşaqlıqda "Əsl insan haqqında povest"in ekranlaşdırılmış versiyasına baxmısınız. Bu, elə Nizaminin həyatıdır. Onun əsl inqilabçılar ailəsinin layiqli üzv olduğunu, özünün, atasının və ailə üzvlərinin hansı işgəncələrə məruz qaldığını demək kifayətdir. 1992-ci ildə Xocəvənd hadisələri zamanı Ağdamda olan Nizaminin döyüş təcrübəsi döyüş əməliyyatlarında öz sözünü deyib.

Bəlkə də, o vaxtın müəyyən xəyanətləri olmasaydı, mübarizə bu qədər uzanmaz, Qarabağ cəbhəsində xidmət edən bacısı bombardman nəticəsində həyatını itirməzdi.

Hadisələri göz önünə gətirəndə indi əyani bilirsən ki, mayor Nizami Rzaşüvaridə bu ürək yanğısı haradan qaynaqlanır? O, daim döyüşdədir, lakin bu dəfə xeyirxah əməlləri ilə. Həssas qəlbi ilə vətəninə, insanlara əlindən gələni əsirgəmir. 20 Yanvar Cəmiyyətinin fəallarından biri kimi bu keyfiyyətlərinə görə onun xətrini çox istəyirlər.

Türkiyənin Afrin döyüşlərində iştirak edənlərə 700 manat hesaba pul köçürəndə rahat nəfəs alıb. 2 qaçqın ailəsinə yardım göstərəndə özündə rahatlıq tapıb. İndi bildinizmi ki, niyə o, Heydər Əliyev kimi böyük liderin portretini görəndə, Rəcəb Tayyib Ərdoğana qürurla baxanda, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin xilaskarlıq missiyası ilə qürur duyanda, eləcə də Azərbaycan yolunda tarixi xidmətləri olan digər insanların portretlərinə nəzər salanda niyə bu qədər fərəh hissi keçirir?

Bu, qürurlu bir yaşantıdır. Bu məkanı ziyarət edənlərin - döyüşçülərin, zabitlərin və xeyirxah insanların hər gün yaşadığı vüqar...

Rəhim HÜSEYNZADƏ

Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see409

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see323

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see317

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see276

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see257

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see253

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see228

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see200

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see194

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see190

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see182

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see180

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see177

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see176

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see174

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see165

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see160

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see156

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see146

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri