Tolik müqəddələri söyən şəxsi belə ifşa etdi “Layiqli cəzanı alsın”
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Tanınmış aparıcı Tarix Əliyev polisə müraciət edib.
Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabından islam dini və müqəddəs məkanları əxlaqsız şəkildə təhqir edən şəxsin videonu paylaşaraq yazıb:
“Mən bir vətəndaş olaraq Sizə müraciət edirəm. Son günlər insanların dini inancına və müqəddəs məkanlara qarşı hörmətsizliklə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi narazılıq yaradıb. Dövlət tərəfindən bərpa olunmuş bir ziyarətgaha qarşı belə münasibətin göstərilməsi dini dəyərlərimizə və xalqımızın mənəvi hisslərinə açıq-aşkar hörmətsizlikdir”. Sezar pizza
T.Əliyev məsələnin araşdırılmasını və vacib tədbirlər görülməsini tələb edib:
“Xahiş edirəm ki, bu məsələ dərhal araşdırılsın, həmin şəxsin kimliyi müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb edilsin və layiqli cəzasını alsın. Bu hadisənin cəmiyyətdə mənfi nümunəyə çevrilməməsi, əksinə, başqaları üçün ibrət dərsi olması çox vacibdir.
Əminəm ki, Nazirliyiniz tərəfindən bu məsələyə ən qısa zamanda hüquqi qiymət veriləcək”.
Aytac Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 01 Oktyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















