Tolik “Space” TV yə mesaj göndərdi: “Heç nə orada qala bilməz”
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tarix Əliyev (Tolik) “Space” TV-dən ayrılan həmkarı Könül Muxtarova ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, sosial media hesabında Muxtarovanın çıxışını paylaşaraq yazıb:
“Sən “Space” telekanalına mənə görə gəlmişdin və mən də sənə görə studiyada olan hər şeyi orada saxlamışdım. Sən orada yoxsansa, o studiyada olan kreslolarım, güllərim və barabanıma qədər heç nə orada qala bilməz”. pizza hut
Qeyd edək ki, teleaparıcı K.Muxtarova “Space” TV-də “Sevilən səhər” verilişinə aparıcılıq edirdi. O, açıqlama verərək 3 aydır maaşını ala bilmədiyinə görə kanal ilə yollarını ayırdığını bildirib. Ondan əvvəl isə həmin studiyada Tarix Əliyevin təqdimatında “Tarixin bir günü” verilişi yayımlanırdı.
Baxış sayı:83
Bu xəbər 02 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















