Torontoda kəskin istilər: DÇ matçlarının nümayişi ləğv edildi
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə məlumatı CTV telekanalı yayıb.
Kanadanın milli meteoroloji xidmətinin məlumatında bildirilir ki, iyulun 2-də Torontoda havanın temperaturunun 35 dərəcədən çox olacağı gözlənilir. Dünya çempionatı görüşlərinin translyasiyası şəhərin əsas meydanı üçün nəzərdə tutulmuşdu. Qeyd edək ki, meriya binalarının yerləşdiyi bu ərazi həm də şəhər mərkəzindəki iki mühüm küçədən birinin kəsişmə nöqtəsidir.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Tarixdə ilk dəfə olaraq bu turnirdə 48 yığma mübarizə aparır. Kanadadakı qarşılaşmalar Toronto və Vankuver şəhərlərində təşkil olunur. İyulun 2-nə təsadüf edən 1/16 final mərhələsində Portuqaliya - Xorvatiya, İspaniya - Avstriya, eləcə də İsveçrə - Əlcəzair matçları oynanılacaq.
Baxış sayı:132
Bu xəbər 02 İyul 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















