Icma.az
close
up
RU
“Torpaq ehtiyatlarına zərər vermədən alternativ enerjinin inkişafı təmin edilməlidir” EKOLOQ DANIŞDI

“Torpaq ehtiyatlarına zərər vermədən alternativ enerjinin inkişafı təmin edilməlidir” EKOLOQ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Külək və günəş elektrik stansiyaları ekoloji baxımdan təmiz və tükənməyən enerji mənbələri olduğu üçün müasir enerji siyasətində xüsusi yer tutur. Külək enerjisi əsasən Xəzər sahili zonalarda və xüsusilə Abşeron yarımadasında əlverişli şəraitə malikdir. Burada şimal küləkləri Böyük Qafqaz dağlarının maneəsindən yayınaraq birbaşa açıq sahələrə daxil olur. Bu, Abşeronun, Qobustanın, Şamaxının açıq ərazilərini və Kür-Araz ovalığının şərq hissələrini əhatə edir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

Ə.Əliyev bildirib ki, külək enerjisindən maksimum istifadə üçün Sumqayıt ətrafı və dayaz Xəzər dənizi sahilləri də əhəmiyyətli hesab olunur: “Avropa ölkələrinin dəniz küləklərindən səmərəli istifadə təcrübəsinə əsaslanaraq, Azərbaycanın da bu istiqamətdə addımlar atmasının vacibdir. Günəş enerjisi isə Azərbaycanın demək olar ki, bütün ərazilərində geniş potensiala malikdir. Xüsusilə Ceyrançöl, Kür-Araz ovalığı, Naxçıvan, Qobustan və Samur-Dəvəçi ovalığında ildə 110-130 gün günəşli hava müşahidə olunur ki, bu da güclü günəş enerjisi əldə etmək üçün imkan yaradır. Lakin günəş panellərinin geniş torpaq sahələrində qurulması problemi ortaya çıxır. Bu panellər bir metrə qədər hündürlükdə quraşdırılır və torpaq dövriyyədən çıxarılır. Düşünürəm ki, panellər bir neçə metr hündürlüyə qaldırılarsa, alt hissəsində kənd təsərrüfatı fəaliyyəti mümkün olar.

Azərbaycan torpaq ehtiyatları baxımından zəngin ölkələr sırasında deyil, buna görə də günəş enerjisi layihələri torpaq istifadəsində çox diqqətli şəkildə planlaşdırılmalıdır. Enerji kənd təsərrüfatı, sənaye və məişət daxil olmaqla, bütün sahələr üçün vacibdir. Xəzər dənizi sahillərində (təqribən 825 km sahil xətti) külək və günəş enerjisinin istifadəsi böyük potensiala malikdir. Bu sahədə beynəlxalq təcrübədən istifadə olunmalı və torpaq ehtiyatlarına zərər vermədən alternativ enerjinin inkişafı təmin edilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri