Icma.az
close
up
RU
Alternativ enerjinin digər sahələrdən niyə asılıdır? EKOLOQ SƏBƏBLƏRİ AÇIQLADI

Alternativ enerjinin digər sahələrdən niyə asılıdır? EKOLOQ SƏBƏBLƏRİ AÇIQLADI

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə enerji sektorunun ən böyük tələbatı və gəlir mənbəyi olan neft-qaz sənayesi ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır.

Lakin qlobal enerji bazarlarında baş verən dəyişikliklər, iqlim dəyişiklikləri və təbii resursların məhdudluğu ölkənin enerji strategiyasını daha da diversifikasiya etməyə ehtiyac yaradıb.


Bu mənada, alternativ enerji mənbələrinin, xüsusilə günəş və külək enerjisinin inkişafı Azərbaycanın enerji sektorunda daha dayanıqlı və müstəqil bir gələcək qurma potensialını təmin edə bilər. Azərbaycanda alternativ enerji mənbələrinin, xüsusilə günəş və külək enerjisinin inkişafı neftdən asılılığı azaltmaq üçün hansı imkanlar yaradır?


Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, təbii enerji mənbələrindən istifadə artıq bir çox ölkələrdə adi hala gəlib:


"Lakin məsələnin mahiyyəti ondadır ki, Azərbaycan və digər ölkələrdə bu enerji növlərinin potensialı hələ tam olaraq istismar olunmayıb. Azərbaycanda təbii enerjidən istifadə imkanları böyükdür, amma bəzi çətinliklərlə qarşılaşılır. Bu problemlər həm texniki, həm də coğrafi faktorlardan irəli gəlir.
Bakı ərazisi xüsusilə küləkli olduğu üçün bu regionda külək enerjisindən istifadə üçün böyük potensial mövcuddur. Şimaldan gələn külək axınları Azərbaycanın ərazisinə daxil olduqda, hava kütləsinin nisbətən rütubətli olması külək enerjisinin istifadəsini daha əlverişli edir.

Külək axınlarının Xəzər sahillərinə rahat şəkildə daxil olması həmin sahələrdə külək enerjisinin daha effektiv istifadə olunmasına imkan yaradır. Xəzər dənizinin Azərbaycan ərazisinə 825 km-lik sahəsi var, bu da həm suyun, həm də küləyin enerji potensialından faydalanmaq üçün əlverişli bir şərait yaradır.
Azərbaycanın bəzi bölgələri isə həddindən artıq quraq və yarımsəhra iqliminə malikdir. Məsələn, Naxçıvan, Ceyrançöl, Samur-Dəvəçi ovalığı və Qobustan ərazilərində günəş enerjisi potensialı yüksəkdir. Bu ərazilər günəş enerjisinin istifadəsi üçün ideal şəraitə malikdir. Lakin bu resursdan tam şəkildə istifadə etmək üçün əlavə infrastruktura ehtiyac var. Belə ki, günəş panellərinin istehsalı, quraşdırılması və enerji ötürülməsi məsələləri həll olunmalıdır”.


Ekoloq əlavə olaraq qeyd edib ki, əgər günəş panellərinin istehsalını öz ölkəmizdə inkişaf etdirə bilsək, həm daxili tələbatı ödəyə bilərik, həm də ixrac imkanlarını artıraraq iqtisadiyyata əlavə gəlir gətirə bilərik:
“Bunun üçün texnoloji və iqtisadi infrastrukturun inkişafı vacibdir. Bu həmçinin ətraf mühitin qorunmasına da müsbət təsir göstərəcək, çünki təbii enerjilərdən istifadənin ətraf mühitə zərəri ən azıdır.
Bundan əlavə, təbii enerji mənbələrindən istifadənin genişləndirilməsi ölkənin enerji təhlükəsizliyini artırmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki enerji təchizatının diversifikasiyası, xarici təchizatçılardan asılılığın azaldılması və bərpa olunan enerji mənbələrinə investisiya qoyuluşu Azərbaycanın gələcəkdə enerji müstəqilliyini təmin etməsi üçün vacib addımlardır. Bu yanaşma həmçinin enerji bazarının stabil və davamlı inkişafına da müsbət təsir göstərər.
Nəticə etibarilə, təbii enerjidən istifadənin artırılması Azərbaycanın həm iqtisadi inkişafını sürətləndirəcək, həm də qlobal ətraf mühitin qorunmasına töhfə verəcək. Bu, həmçinin regionda enerji ixracatçısı rolunu daha da möhkəmləndirə bilər”.
Ənvər Əliyev sonda bildirib ki, bu sahədə  dövlət və özəl sektor arasında güclü əməkdaşlıq, yeni texnologiyaların tətbiqinin və beynəlxalq təcrübənin öyrənilməsi vacibliyini qeyd edib.
Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Mart 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri