Icma.az
close
up
RU
Torpaq və iqlimə uyğun toxum seçimi: Şərurda keçirilən aqrar festivalda mütəxəssislər fermerlərlə görüşüb

Torpaq və iqlimə uyğun toxum seçimi: Şərurda keçirilən aqrar festivalda mütəxəssislər fermerlərlə görüşüb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

Şərur rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarmarka kənd təsərrüfatı istehsalçılarının sertifikatlı toxumlara əlçatanlığının artırılması, toxumçuluq sektorunun inkişafı və fermerlərin innovativ texnologiyalarla tanışlığı məqsədilə təşkil olunub. Tədbirdə fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları üçün geniş imkanlar yaradılıb.

Yarmarkada payızlıq taxıl bitkilərinin, tərəvəz və yem bitkilərinin yüksəkkeyfiyyətli toxumları, meyvə və ting materialları, eləcə də yeni yaradılmış və yüksək məhsuldarlığı ilə seçilən sortlar nümayiş etdirilib, regionun iqlim şəraitinə uyğunlaşdırılmış toxum sortlarının sərgisi və satışı, həmçinin kənd təsərrüfatına dair müxtəlif məhsul və texnologiyaların nümayişi təşkil edilib. Fermerlər dövlətin aqrar sahəyə yönəltdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat əldə edib, toxum təminatı və məhsuldarlığın artırılması ilə bağlı mütəxəssislərlə görüşlər keçiriblər.

Sərgidə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan vahid stenddə ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Mütəxəssislər fermerlərin diqqətinə torpaq və iqlim xüsusiyyətlərinə uyğun toxum seçiminin əhəmiyyətini çatdırıblar. Bildirilib ki, bu bölgə üzrə yumşaq buğdanın “Yubiley 90”, “Tunc”, “Ləyaqətli 80”, “Lider”, “Esperia”, “Gaudio”, “Almeria”, arpanın isə “Dəyanətli”, “Sadiq”, “Manava”, “Finola” sortlarının istifadəsi məqsədəuyğundur.

Festivalın rəsmi açılış mərasimində çıxış edən Şərur Rayon İcra Hakimiyyəti başçısı Kamal Cəfərov qeyd edib ki, toxum sərgi-satış yarmarkasının Şərur rayonunda təşkili bölgədə kənd təsərrüfatının inkişafına, fermerlərin yüksək reproduksiyalı keyfiyyətli toxum əldə etməsinə və məhsuldarlığın artmasına töhfə verəcək. O, həmçinin rayon üzrə məhsuldarlıq göstəriciləri barədə məlumat verərək, müasir texnologiyaların tətbiqinin kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə olunmasına xidmət etdiyini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev dövlət tərəfindən fermerlərə göstərilən dəstəyin və yaradılan imkanların əhəmiyyətini vurğulayıb. O, sertifikatlı toxumlardan istifadənin məhsuldarlığın artırılmasına, bazara çıxış imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini bildirib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında yarmarkanın fermerlərin daha məhsuldar fəaliyyətinə və dövlət-özəl tərəfdaşlığının güclənməsinə mühüm töhfə verəcəyini deyib. O, tədbirin həm də yerli istehsalçıların bazarda mövqelərinin möhkəmlənməsinə və regionun aqrar inkişafında innovativ texnologiyaların tətbiqinə dəstək olacağına diqqət çəkib.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli qeyd edib ki, bölgəyə uyğun, davamlı sortların seçimi fermerlərin gəlirliliyini artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətin subsidiya siyasətinin əsas istiqamətləri barədə danışan şöbə müdiri bildirib ki, müasir suvarma sistemlərindən istifadə edən fermerlər dövlətdən daha çox subsidiya dəstəyi alırlar.

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev respublikanın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkalarının toxumçuluğun inkişafına müsbət təsirindən danışıb. Bildirib ki, sertifikatlı toxumdan istifadə kənd təsərrüfatı məhsuldarlığının artırılmasında əsas şərtdir və fermerlərin gəlirliliyinə müsbət təsir göstərir. Sərdar Hacıyev, eyni zamanda, toxum istehsalçıları, fermerlər və elmi-tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib, regionlarda torpaq-iqlim şəraitinə uyğun sortlardan istifadənin miqyasının artmasının vacibliyini diqqətə çatdırıb.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev mərasimdə çıxış edərək, institut alimləri tərəfindən yaradılan məhsuldar və yerli şəraitə uyğunlaşdırılmış sortların istehsalatda tətbiqindən danışıb. Qeyd edib ki, kənd təsərrüfatında elmi nailiyyətlərin praktikada istifadəsi fermerlərin gəlirlərinin artmasına birbaşa təsir göstərir.

Aqrar Sığorta Fondunun şöbə müdiri Əli Əhmədov çıxışında bildirib ki, Fond 2024-cü ilin sonundan Naxçıvanda fəaliyyətə başlayıb və fermerlərin gəlirlərini qorumaq məqsədilə muxtar respublikada əkin sahələri və təsərrüfatlar sığortalanır. Onun sözlərinə görə, artıq sentyabr ayında Naxçıvanda ilk aqrar sığorta ödənişi həyata keçirilib.

Rəsmi açılış mərasimindən sonra sığorta müqaviləsində nəzərdə tutulmuş risklər üzrə təsərrüfatları zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub və festival ərazisində stendlərə baxış keçirilib.

Qeyd edilib ki, ötən il Naxçıvanda təşkil olunan festivalın nəticəsi olaraq artıq bir sıra şirkətlər muxtar respublikada yerli nümayəndəlik və filiallarını açaraq fəaliyyətə başlayıblar.

Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası çərçivəsində Naxçıvanda “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” və “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirələr də keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri