Icma.az
close
up
RU
“Tottidən çox şey öyrənmişəm” “Neftçi”nin legioneri

“Tottidən çox şey öyrənmişəm” “Neftçi”nin legioneri

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”yə keçəndə çox təəccübləndim. Sözün açığı, bura haqqında elə də çox məlumatım yox idi. Gələndə insanlar məni çox yaxşı qarşıladılar, mənə isti yanaşdılar. Yeni bir ölkə ilə tanış oldum. Səmimi olaraq deyim ki, burada həqiqətən də çox xoşbəxtəm”.

QOL.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Mustafa Sek klubun televiziyasına müsahibəsində deyib.  

Seneqallı futbolçu Azərbaycana gəlişinin necə alındığı barədə danışıb: “Hazırda “Zirə”də oynayan Tiaqo Silvanı tanıyıram. Onunla danışıb, “Neftçi” haqqında soruşmuşdum. O isə mənə cavab vermişdi ki, “Neftçi” Azərbaycanın ən güclü, ən böyük klublarından biridir. Eyni zamanda “Neftçi”nin idman üzrə müşaviri Kamil Məmmədovla danışdım. O, klub haqda mənə çox yaxşı məlumatlar verdi. Bu layihə çox xoşuma gəldi. Ona görə də hal-hazırda “Neftçi”dəyəm”.  

O, Bakını çox bəyəndiyini bildirib: “Adaptasiya prosesi çox yaxşı keçdi. Şəhər və insanlar çox xoşuma gəlir. Bakı müasir şəhərdir, sözün yaxşı mənasında çox təəccübləndim. Ona görə də çox yaxşı adaptasiya olmuşam”. 

M.Sek vaxtı ilə çıxış etdiyi “Barselona” və “Roma”dakı günlərindən də söz açıb: “Çox yaxşı xatirələrim var. “Barselona” kimi böyük klubda futbol oynamağa başlamışam. Səmimi desəm, idman bəxti üzümə gülüb ki, bu cür klublarla yolum kəsişib. İndiyədək əldə etdiklərimlə qürur duyuram. İtaliyanın ən böyük klublarından biri olan “Roma”dakı günlərimi çox yaxşı xatırlayıram. Totti kimi əfsanəvi futbolçu ilə eyni komandada olaraq ondan çox şey öyrənmişəm. İstər meydanda, istərsə də meydandan kənarda. Eyni zamanda, Luçano Spalettini də çox yaxşı xatırlayıram. Məşqçi kimi mənə çox köməyi dəyib, çox tövsiyələr verib. Ona görə hər ikisinə də minnətdaram”. 

“Neftçi”nin üzvü həyatın sürprizlərlə dolu olduğunu vurğulayıb: “Allahın izni ilə bunədək birlikdə çıxış etdiyim ulduz futbolçulardan hansısa gəlib Azərbaycanda, “Neftçi”də oynayar. Mənim təsəvvürümdə belə yox idi ki, nə vaxtsa Azərbaycanda oynayacağam. Amma Azərbaycan da, futbolu da çox xoşuma gəlir. Həyat sürprizlərlə doludur”. 

O, Bakının çox təhlükəsiz şəhər olduğunu qeyd edib: “Milli mətbəxi çox bəyənirəm. Ailəmlə rahat şəkildə çıxıb şəhərdə gəzə bilirəm. Bakı təhlükəsiz şəhərdir. Bu da mənim çox xoşuma gəlir. Bəyənmədiyim şeylərdən biri tıxacdır”. 

Mustafa Sek deyib ki, Azərbaycan futbolunun səviyyəsi onu yaxşı mənada təəccübləndirib: “Sözün düzü, hansı ölkədə olmasından asılı olmayaraq futbol demək olar ki, hər yerdə eynidir. Təbii ki, fərqlər də var. Amma Azərbaycan futbolunun səviyyəsi məni yaxşı mənada təəccübləndirdi. Çünki çempionat ildən ilə inkişaf edir”. 

O, komandada bütün futbolçularla yaxşı münasibətinin olduğunu söyləyib: “Çalışıram hər biri ilə ünsiyyət qurum. Bununla belə, hər klubda elə bir futbolçu olur ki, onunla daha çox vaxt keçirirsən, daha sıx ünsiyyət qurursan. Bu mənada mən Dembo Darbonu qeyd edərdim”. 

Seneqallı futbolçu mövsümün ikinci yarısında vəziyyəti dəyişəcəklərinə inanır: “Baş məşqçimizin öz futbol fəlsəfəsi var. Biz də çalışırıq ki, əlimizdən gələnin ən yaxşısını edək, oyunlarda özümüzü yaxşı tərəfdən göstərək, baş məşqinin istəklərini yerinə yetirək. Düşünürəm ki, bundan sonra vəziyyətimiz yaxşılığa doğru gedəcək. Çempionata yaxşı başlamadıq. Lakin hər zaman pozitiv düşünmək lazımdır. Vəziyyəti düzəltmək üçün həmişə imkan var. Ümid edirəm ki, qış fasiləsindən sonra daha yaxşı oynayaraq yaxşı nəticələr qazanacağıq ki, “Neftçi” yuxarı pillələrdə qərarlaşsın”. 

Sonda Sek azarkeşlərə təşəkkür edib: “Çünki yaxşı vəziyyətdə olmamağımıza baxmayaraq, hər zaman bizi dəstəkəyirlər. Onlar bizim gücümüzdür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Yanvar 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri