Icma.az
close
up
RU
Əkbər Qoşalının yazısı “Yüce Erek”də

Əkbər Qoşalının yazısı “Yüce Erek”də

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qardaş Türkiyənin paytaxtı Ankarada gün üzü görən “Yüce Erek” - Türk dünyası fikir, mədəniyyət, araşdırma dərgisinin 25-ci il özəl sayında Əkbər Qoşalının yazısı yayınlanıb. Həmin yazını oxucularımızla bölüşürük:

Türk dünyasının dünəni, bugünü və
gələcəyində mədəniyyətin rolu

Türk dünyasının tarixi və mədəniyyəti minillərlə ölçülən dərin köklərə malikdir. Əslində, tarix elə mədəniyyətin formalaşdığı və formalaşdırdığı hadisələrdən (gündəliklərdən, ildəliklərdən) başlayır. Mədəniyyət – insanın zəka, zəhmət və ruh gücü ilə yaratdığı bütün dəyərlərin universal toplusudur. Türk xalqları çox geniş coğrafiyada dil, ədəbiyyat, incəsənət və gələnəklər üzəri zəngin mədəni irs yaratmış, bu irsi yalnız qorumaqla yetinməyib, eyni zamanda, mədəni alış-verişdə bulunaraq Avrasiya başda olmaqla, dünyanın müxtəlif bölgələrinə təsir etmişlər. Bununla yanaşı, digər mədəniyyətlərdən də təsirlənmiş, özəlliklə din və dil sahəsində yeni ünsürlər mənimsəmişlər.

Türk mədəni irsinin yayılması və qalxınması

Türk mədəniyyəti yüzillər boyunca müxtəlif coğrafiyalara yayılaraq, türk xalqlarının ortaq dəyəri olmuşdur. Bu gün də həmin mədəniyyət yaradıcı gücü, məhsuldarlığı və qarşılıqlı təsirləri ilə inkişaf etməkdədir. Lakin etiraf etmək gərək ki, keçmişdə daha çox təsir göstərən türk mədəniyyəti, son yüzilliklərdə daha çox yabançı təsirlərə uğramışdır. Qədimdə yeni dini sistemləri mənimsəyən və bunu dövlətçilik çıxarlarına uyğun edən türklər, son yüzillərdə əsasən texnologiya və diplomatiya mədəniyyətindən təsirlənmişlər.

Bu kontekstdə, ilk sayı 25 il öncə çıxan “Yüce Erek” dərgisi Türk dünyasının mədəniyyət, tarix və etnoqrafiya sahələrində önəmli araşdırmalar aparır, ortaq mədəni irsi qorumaq və gələcək nəsillərə çatdırmaq yönündə dəyərli töhfələr verir.

Türk dünyasının dünəni: ortaq mədəniyyətin əsasları

Türk dünyasının keçmişi ortaq mədəniyyətin formalaşmasının təməllərini nümayiş etdirir. Türk xalqları tarixən birlikdə yaşamış, ortaq qəhrəmanlıq dastanları yaratmış, dil və dini inanclarını bölüşmüşlər. Türküstan ərazisində köçəri həyat sürən dədə-babalar zamanla Anadolu, Qafqaz, Sibir və Balkanlar da içinə almaqla geniş coğrafiyaya yayılmışlar. Bu köçlər türk xalqlarının dilini, gələnəklərini və mədəni bağlarını zənginləşdirmişdir.

“Dədəm Qorqudun Bitiyi”, “Manas”, “Kutadqu-Bilik”, “Alpamış”, “Koroğlu” və digər dastanlar türk xalqlarının ortaq mədəniyyətini əks etdirən möhtəşəm örnəklərdir. Bu irs bu gün də Türk birliyinin güclənməsində önəmli rol oynamaqdadır.

Günümüz Türk dünyası:
yenidən qovuşma və birlik

Bu gün türk xalqları arasında hərtərəfli işbirliyi üçün geniş imkanlar yaranmışdır. Özəlliklə Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan türk dövlətləri Türkiyə və Azərbaycan ilə birlikdə siyasi, iqtisadi və mədəni sahələrdə işbirliyini gücləndirmişlər.

TÜRKSOY, TÜRKPA, Uluslararası Türk Akademiyası, Uluslararası Türk Mədəniyyəti və İrsi Fondu, ən başda Türk Dövlətləri Təşkilatı kimi qurumlar vasitəsilə ortaq mədəniyyət və dil bağları daha da möhkəmləndirilir, birgə layihələr həyata keçirilir. Həmçinin Dünya Gənc Türk Yazarlar Birliyi kimi vətəndaş cəmiyyəti institutları bu mədəni bağların inkişafına töhfə verir.

Bu işbirliyi təkcə tarixi kökləri qorumaqla bitmir, həm də ortaq mədəniyyəti çağdaş dəyərlərlə zənginləşdirərək yeni nəsillərə ötürməyi hədəfləyir. “Yüce Erek” dərgisi də 25 illik fəaliyyəti ilə bu prosesdə özünəxas rol oynayaraq türksoylu xalqların tarixini, ədəbiyyatını və incəsənətini tanıtmaq yönündə xeyli iş görmüşdür.

Türk dünyasının gələcəyi:
mədəniyyətin rolunun gücləndirilməsi

Türk dünyasının gələcəyində mədəniyyətin rolu daha da artacaqdır. Çünki ortaq mədəniyyət milli kimliyin güclənməsində, birlik ruhunun qorunmasında və işbirliyinin inkişafında əsas faktorlardan biridir.

Qloballaşma sürəcində türk xalqları öz mədəniyyətlərini qoruyaraq, dünya mədəniyyətinə də töhfələr verməyə davam etməlidir. Çağdaş texnologiyaların tətbiqi ilə türk mədəniyyətinin daha geniş auditoriyaya çatdırılması mümkün və vacibdir. Özəlliklə rəqəmsal platformalar üzərindən gənc nəsillərin marağı artırıla bilər.

Bu gün ortaq əlifba məsələsində ciddi irəliləyişlərin əldə edilməsi sevindiricidir. Eyni zamanda, Əhməd Yəsəvi adına Qazax-Türk Universiteti, Manas Universiteti, Türkiyə-Azərbaycan Universiteti kimi ortaq ali təhsil ocaqları və ortaq televiziya layihələri türk xalqlarını bir-birinə daha da yaxınlaşdırır.

Ortaq türk tarixinin və mədəniyyətinin özəlliklə gənclər arasında yayılması üçün çağdaş təhsil proqramlarının tətbiqi, ortaq dəyərlərin və tarixi şəxsiyyətlərin yeni əsərlərdə əks etdirilməsi vacib addımlardandır. Bu cür təşəbbüslər türk xalqlarının birliyini möhkəmləndirəcək və mədəniyyətin bu birliyin əsas sütunlarından biri olmasını təmin edəcəkdir.

Beləliklə,
“Yüce Erek” dərgisi türk mədəniyyətinin keçmişdən gələcəyə uzanan yolunu işıqlandıran, onu yaşatmağı və qorumağı öz missiyası bilən dəyərli platformalardan biridir. Dərgi, Türk dünyasında mədəniyyətin yerini və rolunu vurğulamaqla yanaşı, ortaq dəyərləri oxuculara çatdırmaq baxımından önəmli görəvə yiyə durur.

Türk dünyasının dünəni, bugünü və gələcəyi ilə bağlı sağlam düşüncə formalaşdırmaq təkcə tarixi bilgilərə əsaslanmaq deyil, həm də gələcək üçün konkret strategiyalar qurmaq deməkdir.

Əgər “Ortaq keçmişdən ortaq gələcəyə” yol aldığımızı qəbul ediriksə və “uzun, incə bir yol” getdiyimizi unutmuruqsa, birlikdə yeni uğurlara imza atmaq mümkündür!

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “Daha ədalətli bir dünya mümkün” və bu ədalətin əsas dayaqlarından biri də türk birliyinin güclü olmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdəki andiçmə törənində (14.02.2024) belə demişdi:
“…ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. …Çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”

Çuvaşlar demiş: EPİR PULNA, PUR, PULATPAR!
(“Vardıq, varıq, var olacağıq!”)

Saxa-Yakutlar demiş: URUY-AYXAL!

“Yüce Erek” dərgisinin yubileyi qutlu olsun!
URA!

Əkbər QOŞALI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Mart 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see309

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see281

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see252

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see241

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see240

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see232

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see229

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see225

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see220

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see214

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see214

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see212

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see206

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see204

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see202

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see199

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see189

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see185

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see181

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri