Təcili yardım xəstəni xəstəxanaya aparmadan imtina edə bilər? RƏSMİ
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Vətəndaşları maraqlandıran məsələlərdən biri təcili tibbi yardımın xəstəni xəstəxanaya aparmaqdan hansı hallarda imtina etməsi ilə bağlıdır.
Bəzi vətəndaşlar düşünürlər ki, hər bir çağırış nəticəsində xəstə xəstəxanaya yerləşdirilməlidir. Amma elə məqamlar olur ki, təcili yardım briqadası müxtələif qərarlar verir. Bəs təcili tibbi yardım xəstəni xəstəxanaya aparmaqdan imtina edə bilərmi?
Bu hansı hallarda mümkündür?
Mövzu ilə bağlı “Cebheinfo.az”- ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən( TƏBİB) bildirilib ki, bütün tibbi xidmətlər kimi, hospitalizasiya qərarı da yalnız tibbi göstərişə əsaslanır:
“Təcili tibbi yardım briqadası tibb müəssisəsindən kənarda müayinə və ilkin yardım göstərdiyi pasiyentin hospitalizasiyaya ehtiyac olub-olmaması barədə qərarı briqadanın həkimi (və ya feldşer briqadası olduqda – feldşeri) tərəfindən qəbul edilir. Hospitalizasiya pasiyentin, onun qohumunun və ya qəyyumunun şəxsi istəyi ilə həyata keçirilmir.
Bununla yanaşı, pasiyent (və ya qəyyumu) hospitalizasiyadan imtina etmək hüququna malikdir. Belə halda, ona hospitalizasiyadan imtinanın mümkün tibbi nəticələri barədə ətraflı məlumat verilir və xüsusi “İmtina haqqında iltizamnamə” forması doldurularaq pasiyent (və ya qəyyumu) tərəfindən imzalanır”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 08 Oktyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















