Tovuzda baramaçılıq canlanır: İpəkqurdu artıq dördüncü mərhələdə
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Tovuz, 31 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Azərbaycanda qeyri neft sektorunun aparıcı sahəsi olaraq aqrar sahəsinin inkişaf etdirilməsi prioritet məsələ kimi qəbul edilib. Aqrar sahəyə hərtərəfli dövlət dəstəyi artırılıb, kənd təsərrüfatının şaxələndirilməsi üçün ardıcıl işlər görülüb. Bu məqsədlə qədim ənənələrə söykənən, geniş iş tutumlu sahələrdən biri kimi baramaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuzda da baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan konkret vəzifələrin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Kümdarlar bildirir ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Mövcud yem potensialından da səmərəli istifadə olunur.
Qeyd edək ki, cari ildə rayonda kümçülərə 40 qutu ipəkqurdu toxumu paylanılıb və hazırda ipəkqurdu 4-cü inkişaf mərhələsindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 31 May 2025 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















