Zaqatalalı kümçülərə ipəkqurdu paylanılır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zaqatala, 7 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən alınaraq ölkəmizə gətirilən hibrid ipəkqurdu sənaye toxumunun (qrena) 450 qutusu Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti başa çatıb və əldə olunan ipəkqurdlarının mayın 7-dən etibarən bölgü əsasında rayonun kümçülərinə paylanmasına başlanılıb. Proses mayın 8-də yekunlaşacaq.
Məntəqənin müdiri Faiq Köngülov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari mövsümdə barama yetişdirmək üçün 270-dək kümçü ilə müqavilə bağlanılıb.
Onun sözlərinə görə, barama istehsalçıları mövsümə ciddi hazırlaşıblar. İpəkqurdunun yemlənməsi üçün ailə təsərrüfatlarında zəruri şəraiti olan yardımçı tikililər, xüsusi yerlər ayrılaraq dezinfeksiya olunub, rəflər quraşdırılıb.
Müxbir – Mustafa Dadaşov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 May 2026 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















