Tovuzda dəhşətli QƏZA: ölən hərbçilərin adları açıqlandı YENİLƏNDİ / FOTO Yeni Çağ Media
Yenicag saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Tovuzda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Həlak olanlardan 5-i hərbçidir.
Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu – baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
***21:46
Oxu.az ölənlərdən beşinin hərbçi olduğu məlumatını paylaşıb.
***21:11
Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Yenicag.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” və “Vaz” markalı avtomobillər toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirilir.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Noyabr 2024 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















