Icma.az
close
up
RU
Tovuzda qohumlar arasında iki manatlıq hesab üstündə dava TƏFƏRRÜAT

Tovuzda qohumlar arasında iki manatlıq hesab üstündə dava TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Tovuz rayonunda 1985-ci il təvəllüdlü Rəşad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Yaşara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-
ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. Kənd sakini Rəşad ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Yaşarın sol əl və burun nahiyəsinə qəsdən zərbələr vurub. Ona müxtəlif dərcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Rəşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur: “Zərərçəkmiş Yaşar mənim həm həmkəndlim, həm də qohumumdur. Münasibətlərimiz hər zaman normal olub. Aramızda əvvəldən heç bir ədavət və münaqişə olmayıb”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat 22 radələrində yaşadığı kənddə piyada hərəkətdə olan zaman həmkəndlisi Mənsur özünə məxsus avtomobili onun yanında saxlayıb: “Avtomobildə əyləşmiş həmkəndlimiz Vüsal və qohumum Yaşar mənə pivə içməyi təklif etdilər. Onların təklifini qəbul edərək avtomobilə əyləşdim. Biz birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində adını bilmədiyim çay evinə getdik. Çay evində masa arxasında Vüsal və Yaşar əyləşdilər. Mənsur isə bizimlə əyləşmədi. Biz hər birimiz 2 bakal pivə içdikl. Mən hesabı istədim. Yaşar həmin vaxt özünə əlavə bir bakalda pivə sifariş etdi. Hesab 40 manat təşkil etdi. Yaşarın sonradan dediyi pivə ilə birlikdə 42 manat hesab təşkil etdi. Yaşardan sonuncu içdiyi bir bakal pivənin pulunu istədim. Yaşar pulunun olmadığını dedi. Mənsurdan borc olaraq 1 manat alaraq hesabı ödədim”. 
Rəşadın ifadəsinə görə, daha sonra Vüsal və Yaşar ilə birlikdə Mənsura məxsus avtomobilə əyləşərək yaşadığı kəndə qayıdıblar: “Yolda avtomobildə olan zaman Yaşar məni təhqir etməyə başladı. Ondan dəfələrlə hərəkətlərinə son qoymağı xahiş etdim. Yaşar ünvanıma yenidən söyüş söydü. Bu zaman aramızda mübahisə yarandı. Yaranmış mübahisə zamanı yumruqla Yaşarın burun nahiyəsindən vurdum. Bizi Mənsur ayırdı. Sonra Mənsur avtomobili saxladı və Yaşar avtomobildən düşdü. Daha sonra Mənsur məni yaşadığım evə düşürdü. Dava-dalaş yaşadığım kənddə baş verib. Hazırda əməlimdən peşmançılıq hissi keçirirəm. Zərərçəkmiş şəxslə barışmışam, nun məndən heç bir şikayəti yoxdur”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Yaşarın sözlərinə görə, ailə üzvlərilə birlikdə Tovuz rayonu Dondar Quşçu kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir: “Təqsirləndirilən Rəşad mənim qohumudur. Aramızda əvvəldən ədavət və münaqişə olmayıb. Hadisə günü, saat 20 radələrində yaşadığım kənddə dostum Vüsalla görüşərək pivə içmək qərarına gəldik. Biz yolda avtomobil gözləyən zaman həmkəndlim Mənsur özünə məxsus avtomobili yanımızda saxlayaraq avtomobilə götürdü. Biz yolda Rəşadla rastlaşdıq. Mənsur Rəşada da bizimlə getməyi təklif etdi. Birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində adını bilmədiyim çay evinə getdik. Çay evində masa arxasında Vüsal, Mənsur və Rəşad əyləşdik. Mənsur bizimlə 5 dəqiqə oturaraq çölə çıxdı. Biz həmin çay evində hər birimiz 2 bakal pivə içdik. Daha sonra atışaraq hesabı ödədik. Həmin vaxt özümə əlavə bir bakalda pivə sifariş etdim. Hesab 40 manat təşkil etmişdi. Mənim sonradan dediyim pivə ilə birlikdə hesab 42 manat təşkil etdi. Rəşad məndən iki manat pul istədi. Ona 100 manat verdim, lakin pula xırda olmadığı üçün Rəşad pulu mənə geri qaytardı”. 
Zərərçəkmiş qeyd edib ki, daha sonra Vüsal və Rəşadla birlikdə Mənsura məxsus avtomobilə əyləşərək yaşadığı kəndə qayıdıblar: “Yolda avtomobildə olan zaman Rəşad mənimlə zarafat etməyə başladı. Mən də onunla zarafat etdim. Rəşadın sözləri xətrimə dəydiyi üçün aramızda mübahisə yarandı. Yaranmış mübahisə zamanı Rəşad yumruqla burun nahiyəmdən vurdu. Sonra bizi ayırdılar. Bu zaman Mənsur avtomobili saxladı və mən avtomobildən düşdüm. Daha sonra Vüsalla yaşadığım evə getdik”. 
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıbş Bu səbəbdən Rəşadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri