Icma.az
close
up
RU
Tovuzdakı dəhşətli qəzada ölən hərbçilər Kəlbəcərdə xidmət edirmişlər Dəfn yerləri BİLİNDİ

Tovuzdakı dəhşətli qəzada ölən hərbçilər Kəlbəcərdə xidmət edirmişlər Dəfn yerləri BİLİNDİ

Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş vermiş ağır qəzada həlak olan hərbçilər bu gün dəfn ediləcəklər.

Ölkə.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Azərbaycan Ordusunun baş giziri Ruslan Əhliman oğlu Qurbanov Ağstafanın Aşağı Göyçəli, baş çavuş Qabil Qaybalı oğlu Alıyev Qazaxın Alpout, çavuş Qələndər Mail oğlu Əhmədov Ağstafanın Kolxəlfəli, kiçik çavuş Turan Cavad oğlu Mehdiyev Qazaxın Dəmirçilər kəndində dəfn olunacaq. Çavuş Bəhlul Aydın oğlu isə Əliyev Qazax şəhərində torpağa tapşırılacaq.

Bildirilir ki, qəzada həlak olan hərbçilər Kəlbəcərdə xidmət edirmiş. Onlar xidmət etdikləri yerdən yaşadıqları rayona qayıdarkən dəhşətli hadisə baş verib.

seeBaxış sayı:41
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri