Tovuzdakı oyunda üzücü olay Futbolçunun ayağı qırıldı
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Azərbaycan kubokunun 1/8 final mərhələsinin bu gün keçirilən "Turan Tovuz" - "Sabah" oyunu zamanı üzücü hadisə yaşanıb. Sport24.az xəbər verir ki, matçın 20-ci dəqiqəsində meydan sahibi komandasının müdafiəçisi Denis Marandiçi ağır zədə alıb.
Hadisə "Sabah"ın hücumu zamanı baş verib. Bakı təmsilçisinin kapitanı Pavol Safrankonun rəqibin cərimə meydançasında qüvvətli zərbəsi topa deyil, təhlükəli vəziyyəti uzaqlaşdırmaq istəyən Marandiçinin arxadan topuq nahiyəsinə dəyib.
Bu zaman moldovalı futbolçu yerə uzanıb və onun şiddətli ağrının təsirindən bağırtısı teleekran başından belə eşidilib.
Dərhal meydana təcili tibbi yardım maşını daxil olub və Marandiçi xəstəxanaya aparılıb.
İstəməyərəkdən rəqibin ayağına zərbə endirən slovakiyalı Safranko isə həmin anda çox məyus olub. O, bunu hətta dizlərini yerə qoymaqla da ifadə edib. Bu zaman ona komanda yoldaşları dəstək veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Dekabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















