Tovuzdakı partlayışın şok təfərrüatı: “Qazı açdı, kəndiri götürdü və…” Foto
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Tovuzda binada partlayış olub.
Globalinfo.az məsələ ilə bağlı Tovuz Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb.
Baş həkimin müavini Elnur Əliyev xəsarət alan şəxslərin 3 nəfər olduğunu bildirib:
“Həmin şəxslərdən verilən məlumata görə, mənzil sahibi intihar etmək üçün qazı açıq qoyub. Ardınca kəndirlə özünü asmaq istəyib. Partlayış baş verdiyi üçün kəndir qopub və o, sağ qalıb. İntihara cəhd edən şəxs orta yaşlarında kişidir. Digər zəhərlənənlərdən biri kişi və qadındır. Onların eyni mənzildən olub-olmaması barədə dəqiq fikir deyə bilmərəm. Lakin vəziyyətləri normaldır, hazırda heç bir təhlükə yoxdur”.
Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, intihara cəhd edən ev sahibi içkili vəziyyətdə olub.
“Həmin blokda yaşayan qonşular arasında da tüstüdən zəhərlənmə halları qeydə alınıb”, – deyə əlavə edilib.
Başqa bir şahid isə ev sahibinin qəsdən evi yandırdığını və özünə xəsarət yetirdiyini bildirib.
Zaira Akifqızı
Globalinfo.az
Baxış sayı:123
Bu xəbər 04 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















