Icma.az
close
up
RU
Toxluqdan ölən dünya: Səbəb bunlar deyilmiş

Toxluqdan ölən dünya: Səbəb bunlar deyilmiş

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dünya əhalisinin əsas problemlərindən bri də piylənmədir. 

Dünya əhalisinin 10 faizə yaxını piylənmədən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 1975-ci ildən bəri piylənmə müşahidə edilən insanların sayı 3 dəfə artıb. Hər il dünyada artıq çəkisi olan uşaqların sayı təxminən 7% artır. 

ÜST həyəcan siqnalını bütün dünya üçün verib. Lakin bu problemin qarşısını almaq olmur, əksinə getdikcə artır. Tibbi proqnozlara görə, 2025-ci ilə kimi kişilərin 40%-nin, qadınların 50%-nin çəkisi normadan xeyli artıq olacaq. Bu çox təhlükəli statistikadır. Belə ki, piylənmə ağır xəstələrinin sayının artmasına, tibbi xərclərin kəskin yüksəlməsinə gətirib çıxarmaqla sosial-iqtisadi problemləri artırır.

“Cebheinfo.az” xəbər verir k, yeni bir araşdırma piylənmənin əsas səbəbinin oturaq həyat tərzi olduğuna dair ümumi inamı puça çıxarıb.

Amanda Makqroskinin rəhbərlik etdiyi elm adamları altı qitənin 34 populyasiyasından - ovçu-yığıcılardan tutmuş sənayeləşmiş ölkələrin sakinlərinə qədər 4213 nəfərin məlumatlarını təhlil ediblər.

Tədqiqatçılar ümumi enerji xərclərini (TEE), fəaliyyət enerjisi xərclərini (AEE), bazal metabolizm dərəcəsini (BEE), həmçinin bədən yağ faizini və bədən kütləsi indeksini (BMI) öyrəniblər.

Məlumatları yaş, cins və bədən tipinə uyğunlaşdırdıqdan sonra məlum olub ki, daha inkişaf etmiş ölkələrdə AEE, yəni fiziki fəaliyyət səviyyəsi daha az inkişaf etmiş ölkələrdən də yüksəkdir. Bununla belə, piylənmə nisbətləri də daha yüksəkdir.

Əsas nəticə belədir ki, enerji xərclərinin səviyyəsi piylənmə ilə yalnız zəif əlaqələndirilir. Bu, belə halların təxminən 10% -ni izah edir. Alimlərin fikrincə, səbəb ultra emal olunmuş qidaların (UPF) həddindən artıq istehlakıdır: kolbasa, yarımfabrikatlar, şirin qəlyanaltılar və s.. Bu cür məhsulların pəhrizdəki nisbəti birbaşa bədəndəki yağ səviyyəsi ilə əlaqələndirilir.

UPF yüksək kalorilidir, toxluq hissini pozan və həddindən artıq yeməyi təhrik edən xüsusi dadı və tərkibi var. Emal isə həm də kalorilərin daha tam udulmasına kömək edir.

Fiziki fəaliyyətin sağlamlıq üçün vacib olaraq qalmasına baxmayaraq, tədqiqatçılar piylənmə ilə mübarizənin qidalanma vərdişlərinin nəzərdən keçirilməsini və pəhrizdə UPF nisbətinin azaldılmasını tələb etdiyini vurğulayırlar.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see465

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see462

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see297

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see277

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see222

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see209

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see206

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see202

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see198

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see197

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Faizlər (İyun 2026)

04 İyun 2026 13:26see194

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see193

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see189

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see184

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see180

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see173

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see159

ABŞ də 60 ildən sonra ət yeyən parazit xəbərdarlığı

04 İyun 2026 22:13see158

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see157

Təzyiq düşəndə bədən nə hiss edir?

04 İyun 2026 19:19see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri