Toy karvanında avtoş luq edib videosunu yaymışdı, həbs olundu
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə toy karvanında “Tofaş” markalı avtomobilin sürücüsünün digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu və avtoxuliqanlıq etməsini əks etdirən görüntülər yayılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə sürücü 28 yaşlı Nurlan Səfərli müəyyən edilərək saxlanılıb.
Sürücü barəsində tədbir görülüb və toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Səfərlinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs olunub.
Bu mövzuda digər xəbərlər:Toy karvanında “avtoş”luq edib yola pul səpdilər Video
14 Noyabr 2025 10:16
Toy karvanında “Niva” ilə “avtoş”luq edən sürücü 20CL999 VİDEO
02 Dekabr 2024 14:42
“BMW” ilə toy karvanında “avtoş”luq edən sürücü barədə araşdırma başladı VİDEO
14 Noyabr 2024 17:11
Toy karvanında avtoşluq edən sürücü həbs edildi
25 Sentyabr 2025 19:51
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi
26 Sentyabr 2025 07:09
Baxış sayı:83
Bu xəbər 25 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















