Toya və yasa gedənlərin maşınları toqquşdu 3 nəfər öldü, 8i yaralandı (YENİLƏNİB)
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X. Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "Vaz" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.
*** 10:51
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər ölüb və xəsarət alanlar var.
Məlumata görə, “VAZ 2107”də olan şəxslər bir ailənin üzvləri olan Beyləqan rayon sakinləridir. Onların Salyan rayonuna yas mərasiminə getdiyi bildirilir.
“Opel” markalı minik avtomobilində olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar da Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gəlirmişlər.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 28 Dekabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















