Icma.az
close
up
RU
Toyda ətin pulu üstündə mübahisə qanlı insidentlə nəticələndi

Toyda ətin pulu üstündə mübahisə qanlı insidentlə nəticələndi

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Biləsuvar rayonunda toy məclisində əmioğlanları arasında mübahisə yaranıb, mübahisə qanlı olayla nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 26 may 2025-ci ildə Biləsuvar şəhəri, Ə.Kürçaylı küçəsində baş verib. 2002-ci il təvəllüdlü Elgün Qəfərov həmin gün saat 23 radələrində su kanalının yaxınlığında əmisioğlu Elvinin qardaşı Emin və atası Bəhlul ilə mübahisə etməsini, qardaşını yerə yıxması və atasının ünvanına nalayiq sözlər deməsi görüb. 
Bu səbəbdən evdən götürdüyü mətbəx bıçağı ilə əmisi oğlunun döş qəfəsinin sol yarısının arxa səthinə bir dəfə vurub. 
Hadisəni törədən E. Qəfərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mayın 26-da qonşusu Aydın adlı şəxsin nəvəsinin toy məclisi olub və onları da dəvət ediblər: “Ailəmizi həmin toyda qardaşım Emin təmsil etmək üçün getmişdi. Həmçinin əmimoğlu Elvin də toya yollanmışdı. Həmin gün saat 21 radələrində bizə zəng gəldi, qardaşım Emin və əmim oğlu Elvinin spirtli içkinin təsiri altında mübahisə etmələrini bildirmdşər. Atam Bəhlulla birlikdə gedərək qardaşı Emini evə gətirdik. Biz evdə olan zaman qardaşıma zəng gəldi və o, evdən çıxdı. Atam da Eminin arxasıyca getdi. Bu səbəbdən mən də onların arxasınca yollandım. Hadisə yerinə çatdıqda qardaşım Eminlə əmim oğlu Elvinin mübahisə etdiyini, atam və əmimin də onları araladığını gördüm. Əmim oğlu Elvin mübahisə zamanı qardaşımı yumruqla vurdu, atama da nalayiq ifadələr eşitdiyini gördüm. Onun bu hərəkətini götürmədim. Bu səbəbdən hadisə yerinə gələrkən üzərimdə gətirdiyim bıçaqla əmim oğlunu qorxutmaq məqsədi ilə çiyin nahiyyəsindən bir dəfə bıçaqla vurdum. Bir zərbə vurduqdan sonra aralaşdıq”. 
İş üzrə zərərçəkmiş Elvinin sözlərinə görə, mayın 26-da qonşusu Aydın adlı şəxs nəvəsinin toy məclisində olub: “Həmin toy məclisinə əmim oğlu Elməddin 85 kiloqram heyvan əti vermişdi. Toyda oturduğum masada əmim  oğlu Niyaməddinlə birlikdə spirtli içki qəbul etdik. Toydan çıxaraq evə gedən zaman Eminlə ətin pulunun alınması ilə bağlı aramızda mübahisə yarandı. Emin spirtli içkinin təsiri ilə ünvanıma nalayiq söyüşlər söyməyə başladı. Mən də Eminin söyüş söyməsinin qarşısını almaq üçün yaxınlaşdım və əlim ilə sinə nahiyəsindən itələdim. Emin spirtli içkinin təsiri altında olduğu üçün ayaq üstə dayana bilmədi və yerə yıxıldı. Bundan sonra mən və Elməddin Emini yerdən ayağa qaldırdılar. Elməddin bizi  araladı, hər birimiz öz evimizə getdik”. 
Zərərçəkmiş qeyd edib ki, həmin günü saat 23 radələrində yaşadığı evin darvazasının qarşısına siqaret çəkmək üçün çıxıb: “Bir qədər sonra əmim oğlu Emin söyüş söyə-söyə mənə tərəf gəlməyə başladı. Mən də Eminə yaxınlaşdım. Bundan sonra aramızda mübahisə başladı. Mübahisə zamanı atam Ələddin və əmim Bəhlul da gəldi. Həmin vaxt Eminlə mübahisə zamanı əlbəyaxa olduq. Atam Ələddin və əmim Bəhlul da bizi ayırmaq istədi. Həmin vaxt hadisə yerinə Elgün də gəldi. Elgün mənə yaxınlaşdı və çiynimin arxa hissəsindən bir dəfə bıçaqla zərbə vurdu. Hazırda əmim oğlu Elgünlə barışmışam, onun bağışlayıram. Elgün tərəfindən mənim müalicə xərclərim ödənilib. Ondan heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hökmə əsasən, E. Qəfərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri