Biləsuvarda toyda başlayan mübahisə qətllə nəticələndi
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Biləsuvar rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Məlumata əsasən, kənd sakini, 2000-ci il təvəllüdlü Milan Soltanlı ilə 2004-cü il təvəllüdlü İlkin Mehtiyev arasında toy mərasimində mübahisə yaranıb.
Mübahisə daha sonra kənddə davam edib. Bu zaman İlkin Mehtiyev Milan Soltanlını bıçaqlayıb.
Ağır xəsarət alan Milan Soltanlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, hadisədə adı keçən şəxslər xalaoğludurlar.
Qətli törətməkdə şübhəli bilinən İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı
13 Avqust 2026 21:38
Biləsuvarda TOYDA bıçaqlanma
12 Oktyabr 2026 08:59
Biləsuvarda ticarətçilər arasında dava QANLA NƏTİCƏLƏNDİ
06 Aprel 2025 14:59
Biləsuvarda iki nəfərin mübahisəsi cinayətlə nəticələndi
18 Sentyabr 2025 23:02
Baxış sayı:69
Bu xəbər 05 Oktyabr 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















