Toyota avtomobillərini Mazda rənginə boyayırlar
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Toyota" şirkəti 2025-ci ilin "Corolla Cross" krossoverlərini "Mazda" şirkətinin öz avtomobilləri üçün istifadə etdiyi qırmızı rəngə boyamağa başlayıb.
Oxu.Az bu barədə motor.ru-ya istinadən xəbər verir.
"Toyota Corolla Cross" modellərini "Mazda" rəngində yalnız ABŞ-lilər ala biləcəklər və bu, yalnız xüsusi versiyaların imtiyazı deyil, hətta sadə komplektasiyalar üçün də mövcud olan standart çalardır.
Eyni rəngə Alabama ştatındakı eyni "Mazda Toyota Manufacturing" zavodunda yığılan "Mazda CX-50" krossoverləri də boyanır. "Mazda"nın "Soul Red Crystal" üçqatlı örtüyü hazırkı formada 2016-cı ildən istifadə edilir. "Toyota"nın nümayəndəsi boya tərkiblərinin tam uyğun gəldiyini təsdiqləyib.
Avtomobil istehsalçıları adətən "özgə" brendin rəng çalarını fərdiləşdirmə proqramları çərçivəsində təklif edirlər: belə xidməti xüsusilə "Porsche" və "BMW Individual" təklif edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Dekabr 2024 02:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















