Ata qızı haqqında xoşagəlməz sözlər yayan həmkəndlisinə xəsarət yetirdi
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gədəbəy rayonunda 1978-ci il təvəllüdlü Nəriman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı və həmkəndlisi Əfqana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 iyun 2024-cü ildə baş verib. Nəriman həmin gün, saat 15 radələrində yaşadığı Gədəbəy rayonunun kəndi ərazisində qızı Aysel barəsində həmkəndlisi Arzunun xoşagəlməz ifadələr işlətməsi səbəbindən onun atası Əfqan ilə söhbət edib.
Bu zaman aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Əfqanın qəsdən əlində olan ağacla vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyunun 20-də, saat 14:45-də evdən çıxıb, kəndin mərkəzinə yollanıb: “Yolda kənd icra nümayəndəsi və zərərçəkmiş Əfqanla rastlaşıb. Əfqana qızı Arzunun mənim qızım Ayselin haqqında xoşagəlməz şaiyələr yaydığına görə irad bildirdim. Bununla əlaqədar mübahisə yarandı. Mən Əfqanın əlindən ağacı alaraq, onun sağ qolundan vurdum. Törətdiyim əməldən peşmanam. Hazırda zərərçəkmişdən üzr istəmişəm. Ona vurduğum ziyanı aradan qaldırmışam, onunla barışmışam”.
Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nərimanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Toyuna hazırlaşan gənc həmkəndlisinə xəsarət yetirdi
13 Noyabr 2025 16:13
Suraxanıda ata oğluna xəsarət yetirdi
24 İyun 2025 14:15
Masallıda 21 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirdi
13 Dekabr 2024 19:06
Bərdədə 62 yaşlı gözətçi həmkəndlisinə xəsarət yetirdi
19 Noyabr 2025 15:22
Lerikdə 23 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirdi TƏFƏRRÜAT
23 Sentyabr 2025 19:17
Baxış sayı:108
Bu xəbər 11 Mart 2025 18:35 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları