Icma.az
close
up
RU
Toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu 4 il 10 ay 4 gün

Toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu 4 il 10 ay 4 gün

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Sabirabad rayonunda iki nəfərin ölümü, beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Mircavad Mirqədirlinin məhkəməsi başa çatıb. Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə 28 avqust 2025-ci il tarixdə, saat 13 radələrində Sabirabad-Şirvan avtomobil yolunun Sabirabad rayonu, Güdəcühür kəndi ərazisindən keçən hissəsində baş verib. Rahim Əliyevin və Mircavad Mirqədirlinin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər rayonunun Güdəcühür kəndi ərazisində toqquşub.

Hadisə zamanı Rahim Əliyev həyatını itirib.

Xəsarət alan şəxslər - Nilay Əlizadə, Mircavad Mirqədirli, Mirtalıb Talıbov, Tənzilə Əliyeva və Rəhim Əlizadə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Xəstəxanada Rəhim Əliyevin nəvəsi Nilay Əlizadə də vəfat edib.

Hadisəni törədən Mircavad Mirqədirlinin barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Mirqədirli özünü təqsirli bilib. O bildirib ki, hadisədən bir gün öncə toyu olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 28-də evdən çıxıb və Şirvan şəhəri istiqamətində gedərkən qarşıdan gələn avtomobil yolunda olan çuxurdan yayınmaq üçün onun yoluna çıxıb: “Aramızda olan məsafə yaxın olduğu üçün əyləcdən istifadə etməyərək avtomobillərin toqquşacağını gördüm və idarə etdiyim avtomobili yolun əks istiqamətinə, yəni əks yola çıxdım. Həmin an qarşıdan gələn avtomobilin öz yoluna qayıtdığını gördüm və öz yoluma qayıdan zaman toqquşma baş verdi”.

Məhkəmədə ifadə verən zərərçəkmiş və zərərçəkmiş şəxslərin hüquqi varisləri təqsirləndirilən şəxsə qarşı şikayətçi olmayıblar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm elan edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il 10 ay 4 gün müddətə azadlıqdan məhrum edilib.

Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Oxunub 24

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Fevral 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri