Toyuq əti bu səbəblərdən Bahalaşır
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Son vaxtlar Azərbaycanda quş əti məhsullarının bahalaşması müşahidə edilir.
“Qafqazinfo” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında qiymət artımının səbəblərinə toxunub.
O, qiymət artımının bir neçə səbəbdən qaynaqlandığını bildirib.
“Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məlumat yayıb - bu dövrdə 53 min ton quş əti istehsal olunub.
2025-ci ilin eyni dövründə bu rəqəm 51 min ton idi – yəni, istehsalda azalma yoxdur. Qiymət artımının isə bir neçə səbəbi var:
1) 2026-cı ilin əvvəlindən dizel yanacağı 10% bahalaşıb – bu da yem və hazır məhsul daşıma xərclərinə təsir edib;
2) Quş əti istehsalçılarının əlavə tənzimləmə qaydalarına, nəzarətedici qurumların fəaliyyətinə görə maliyyə yükü - xərci artıb;
3) Yem və dərmanların qiyməti yüksəlib;
4) Nəhayət ən vacib məsələlərdən biri – qirmızı ət, yəni, mal-qoyun əti kəskin bahalaşıb deyə, camaat daha ucuz olan toyuq əti almağa üstünlük verir, tələb yüksəlir, təklif isə istənilən templə artmır”, - ekspert vurğulayıb.
Baxış sayı:119
Bu xəbər 03 Oktyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















