Icma.az
close
up
RU
Toyuq ətinin qiyməti bahalaşmayıb, əksinə...” Açıqlama

Toyuq ətinin qiyməti bahalaşmayıb, əksinə...” Açıqlama

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bir müddətdir ki, quş əti məhsullarının bahalaşması ilə bağlı xəbərlər yayılmaqdadır. Alıcılar iddia edirlər ki, ötən aylara nisbətən toyuq ətinin qiymətində müəyyən artım müşahidə olunur.

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli Banco.az-a açıqlamasında bildirib ki, əksinə, keçən il müvafiq dövr ilə müqayisədə quş əti məhsullarında ucuzlaşma müşahidə olunur:

"Hazırda bir kq kəsilmiş toyuq ətinin qiyməti 4.60 AZN-dir. Bu qiymət mağazaya çatdırılana qədər olan mərhələni əhatə edir. Keçən il isə bu rəqəm 4.90-5.20 AZN arasında idi. Süfrə yumurtasının qiyməti də son üç illə müqayisədə 2 qəpik ucuzlaşıb. Ümumiyyətlə, quş ətinin bahalaşması ilə bağlı yerli istehsalda yaranan problemlərlə bağlı deyilən fikirlər əsassızdır".

Ən sərfəli kredit üçün müraciət et

Həsənli əlavə edib ki, COP29 tədbirindən sonra qida zəncirində hər hansı çətinlik yaranmayıb və hazırda ölkədə kifayət qədər toyuq əti ehtiyatı mövcuddur:

"Biz bununla bağlı öncədən hazırlıqlarımızı görmüşdük. Ölkədə daxili tələbatı ödəyəcək qədər kifayət qədər toyuq əti və süfrə yumurtası var".

Həmçinin, o vurğulayıb ki, ət idxalına tələbat artmış ola bilər, lakin toyuq əti istehsalı ilə bağlı heç bir problem yoxdur:

"Keçən il 150-160 min ton toyuq əti istehsal etmişdik. Bu il də istehsal, demək olar ki, tələbatı tam qarşılayır. Belə ki, bu ilin sonuna 160-170 min ton arasında toyuq əti istehsalı gözlənilir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://banco.az
archiveBu xəbər 12 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri