Trabzondan gələn gəmi Soçi limanına buraxılmayıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Moskva, 9 noyabr, AZƏRTAC
Trabzon şəhərindən gələn bərənin Rusiyanın Soçi limanına girişinə icazə verilməyib və iki gündən çox gözlədikdən sonra gəmi Türkiyəyə qayıdır.
AZƏRTAC xəbər verir ki, “SVS Shipping” MMC rəhbərliyinin məlumatına görə, iki gün yarım gözləyən bərənin Soçi limanına girişinə icazə verilməyib və gəmi Rusiyada sərnişinləri düşürmədən Trabzona qayıdır.
Noyabrın 6-da Trabzondan hərəkət edən “Seabridge” bərəsinin Rusiyaya giriş icazəsinin olmaması və ərazidə təlim məşqləri keçirilməsi səbəbindən Soçi limanına girişinə icazə verilməyib. Rusiya Tur Operatorları Assosiasiyasının məlumatına görə, gəmidə təxminən 20 sərnişin olub və onların əksəriyyəti Rusiya vətəndaşdır.
Krasnodar diyarı administrasiyası təhlükəsizlik məsələlərinin həll olunmaması səbəbindən Soçi ilə Türkiyənin Trabzon şəhəri arasında müntəzəm bərə xidmətinin açılmasını vaxtından əvvəl hesab etdiyini qeyd edib.
Soçi ilə Trabzon arasında bərə xətti 1993-cü ildən 2011-ci ilə qədər fəaliyyət göstərib. Marşrutun 2024-cü ilin dekabrında bərpa edilməsi planlaşdırılırdı, lakin həmin plan dəfələrlə təxirə salınıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 09 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















