Icma.az
close
up
RU

Trabzondan Kuşimotoya sədaqət hekayəsi: Yapon dilini öyrəndi, əcdadını tapdı

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Trabzonlu 17 yaşlı lisey şagirdi Yavuz Səlim Durmuş Yaponiyada batan Ərtoğrul Friqatının hekayəsindən ilhamlanaraq o ölkədə şəhid olan Trabzonlu əcdadlarının izlərini tapıb. Yapon dilini 3 ildə öz zəhməti ilə öyrənən Durmuş təqaüd qazanaraq, Yaponiyaya gedir.  Orada gəmi qəzasında şəhid olan əcdadlarının məzarı başında dua edir.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Türkiyə-Yaponiya əlaqələrinin inkişafında ən mühüm hadisələrdən biri sayılan Ərtoğrul Friqatının hekayəsindən təsirlənən Yavuz Səlim Durmuş öyrəndiyi yapon dili sayəsində Yapon hökumətinin təqaüdünü qazanaraq, trabzonlu şəhid olan atalarının izlərini getdiyi ölkədə tapır.

Bir-birindən kilometrlərlə uzaqda iki fərqli coğrafiyada yerləşən Osmanlı İmperatorluğu ilə Yaponiya arasındakı əlaqələr bir əsr əvvəl başlamış və bu əlaqələri daha da gücləndirmək üçün Ərtoğrul Friqatı Sultan II Əbdülhəmid tərəfindən 120 il əvvəl Yaponiyaya göndərilmişdi. Geri qayıdarkən (18 sentyabr 1890-cı il) gəmi fırtınaya düşür və friqat komandiri də daxil olmaqla 527 dənizçi Sakit okeanın dərinliklərinə qərq olur. General Osman Paşa şəhid olur və yalnız 69 nəfər sağ qalır.

Bu dəniz qəzasında ölənlərdən biri də Trabzonun Tonya rayonundan olan Mehmetin oğlu Abdullah Kuzoğludur.

                  Şəhidlər abidəsi qarşısında belə dua etdi

Yavuz Selim Durmuş Osmanlı Donanmasında qulluq edən Mehmet oğlu Abdullah Kuzoğlunun hikayesini böyüklərindən eşitdiyini bildirmişdir.

Durmuş hər şeyin uşaqlıq xəyalı ilə başladığını, atalarının, babalarının kim olduğunu öyrənmək istədiyini bildirib: “Kiçik yaşlarımdan həmişə Yaponiyaya getmək, onun məzarı başında dua etmək, ona təşəkkür etmək istəyirdim. Mən orta məktəb illərinin əvvəlində bu arzu ilə yapon dilini öyrənməyə başladım. Üç ilin sonunda heç bir kurs keçmədən, kompüterlərdən, kitablardan və lüğətlərdən istifadə edərək yapon dilini təkbaşına öyrənə bildim”.

Yaponiya hökumətinin hər il 100 əcnəbi tələbəyə təqaüd verdiyini ifadə edən Durmuş:

“Hər il dünyanın dörd bir yanından xüsusilə Asiya və G7 ölkələrindən yüz tələbə Yaponiyadakı liseylərdə təhsil almaq hüququ qazanır və Yaponiya hökuməti tərəfindən verilən Asiya Kakehashi Təqaüdü sayəsində Yaoniyada təhsil alma haqqı qazanır. Mən də bu proqram üzrə imtahan verdim və bütün müsahibələrdən uğurla keçdim. Sonra təsadüfən Ərtoğrul friqatının batdığı Kuşimotonun bağlı olduğu, Vakayama əyalətinə göndərildim. 4 ay orada yaşadım. Oradakı arxivləri araşdırarkən babalarımızın, əcdadlarımızın dəfn olunduğu yeri tapdım. Dəniz qəzasında şəhid olan Osmanlı əsgərləri üçün tikilmiş abidədə Yasin-i Şərifi oxudum”, – deyə bildirdi.

Yaponiyada 4 aylıq kursun sonunda Trabzona döndüyünü bildirən Durmuş hazırda Yaponiyadakı sınaqlar üçün oxuduğunu bildirib: “Təkrar Yaponiyada təhsil almaq istəyirəm. Təəssüf ki, Trabzonda yapon dili təhsili verən kurs və müəllim olmadığına görə, özüm öyrənirəm”,- deyə qeyd edib.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri