Icma.az
close
up
RU
“Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı

“Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Trabzonspor”u hələ ki bu yay Türkiyədə transfer dönəminin ən fəal klubu adlandırmaq olar.

"Football-plus.az" xəbər verir ki, yeni mövsümdə qardaş ölkəni Avropa Liqasında təmsil edəcək qaradənizlilər heyəti gücləndirməyə müvəffəq olub.
Transfer dönəminə “Beşiktaş”dan Ernest Muçini daimi əsasda heyətinə qatmaqla start verən Trabzon təmsilçisi Metehan Mimaroğlu, Samet Akaydın, Ruslan Malinovski, Melih Kabasakal, Sidni Lopeş Kabral, Noa Savyolo kimi isimləri transfer edib. Fatih Təkkənin çalışdırıdığı komanda indi də heyətini Türkiyə yığmasının üzvü ilə gücləndirib. Söhbət Aral Şimşirdən gedir. “Midtüllann”ın yetirməsi olan, bu klubda oyunu ilə diqqəti çəkən və uzun müddətdi İstanbul məhənglərinin də hədəfində olan 24 yaşlı vinger sonda “Trabzonspor”a qismət olub. Özü də bu transfer “bordo-mavililər”ə 13 milyon avroya başa gəlib. Bu, klub tarixinin yeni transfer rekordudu! Hərçənd bu məbləğ qarşı tərəfə 7 hissəyə bölünərək ödəniləcək. Aral Şimşirlə dördillik müqavilə imzalanıb. Onun Türkiyədə illik qazancı 2 milyon avroya bərabər olacaq. İstedadlı futbolçunun sonrakı satışından əldə olunacaq məbləğin 15 faizi də “Midtüllann”a çatacaq.
Aral Şimşir geridə qoyduğumuz mövsümdə 52 rəsmi oyunda iştirak edib. 12 qol, 21 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyərək karyerasının ən yaxşı dönəmini keçirib. O, Türkiyə yığmasına da dəvət olunur. DÇ ərəfəsində Şimali Makedoniya ilə yoxlama oyununda meydana çıxmaqla “ay-ulduzlular”ın heyətində debüt edib. Aral Şimşir DÇ üçün seçilmiş 35 nəfərlik geniş siyahıya düşsə də, yekun siyahıdan kənar qalaraq mundiala yollana bilmədi.
Yeri gəlmişkən, “Midtüllann” “Beşiktaş”ın AL-in 2-ci təsnifat mərhələsindəki rəqibidi. “Trabzonspor” Şimşiri heyətinə qatmaqla həm də “Beşiktaş”ın rəqibini zəiflətmiş oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 İyul 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri