Icma.az
close
up
RU
Trabzonspor nağılı uğurlu sonluqla bitmədi

Trabzonspor nağılı uğurlu sonluqla bitmədi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi ''Trabzonspor''un U-19 komandası UEFA Gənclər Liqasında tarix yazaraq finala yüksəlmişdi. Bu kollektiv pley-offlarda ''Yuventus'', ''Atalanta'', ''İnter'', ''Zaltsburq'' kimi güclü rəqibləri mübarizədən kənarlaşdırmış və bu turnirdə finala yüksələn ilk Türkiyə təmsilçisi olmuşdu.

Dünən İsveçrənin Nyon şəhərində yerləşən ''Kolevrey'' İdman Mərkəzinin stadionunda baş tutan həlledici görüşdə qaradənizlilər ''Barselona''lı həmyaşıdları ilə qarşılaşdılar. Təəssüf ki, bu nağıl uğurlu sonluqla bitmədi.
Kataloniya nəhəngi 11-ci dəqiqədə İbrahim Diarra və 18-ci dəqiqədə Andres Sexudonun qolları ilə fasiləyə 2 topluq üstünlüklə yollandı. Türkiyə çempionu zaman-zaman güclü rəqibinə problemlər yaratsa da, ''Barsa'' fasilədən sonra da üstün oyununu davam etdirdi. 57-ci dəqiqədə Uqo Alba hesabı darmadağın həddinə çatdırdısa, 78-ci dəqiqədə Diarra özünün ikinci, komandasının dördüncü qolunu vurdu.
Son anlarda tribunadakı ''Trabzonspor''lu fanatların ''bu ölkə sizinlə qürur duyur'' təzahüratını səsləndirərkən Türkiyə təmsilçisi təsəlli qolunu vurmağa müvəffəq oldu. 88-ci dəqiqədə fərqlənən Bican Tibukoğlunun qoldan sonra göz yaşlarını saxlaya bilməməsi diqqət çəkdi.
Beləliklə, 4:1 qalib gələn ''Barselona'' bu turniri 3 dəfə qazanan yeganə klub statusunu ələ keçirdi. ''Blauqrana'' daha öncə 2013/14 və 2017/18-də də UEFA Gənclər Liqasının qalibi olmuşdu. Böyük alqış qazanan ''Trabzonspor''un isə bu mövsümkü nəticələri hələ uzun müddət unudulmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri