Traktor texnikasının tədarükünə dair Memorandum imzalandı
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mayın 5-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında geniştərkibli görüş çərçivəsində traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb.
Modern.az xəbər verir ki, Gəncə Avtomobil Zavodu və Minsk Traktor Zavodu arasında traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandumu Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və Minsk Traktor Zavodunun baş direktoru Sergey Avramenko imzalayıblar.
Bununla yanaşı, Gəncə Avtomobil Zavodu və Minsk Avtomobil Zavodu arasında kommunal maşınların komplektlərinin tədarükünə dair Müqavilə imzalanıb. Sənədi Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 May 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















