Icma.az
close
up
RU
Tramp 2020 ci il seçkilərini pozmağa cəhd edən tərəfdaşlarını əfv etdi...

Tramp 2020 ci il seçkilərini pozmağa cəhd edən tərəfdaşlarını əfv etdi...

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Siyahıda onlarla respublikaçı fəal var…

ABŞ Prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərini pozmağa kömək edən bir neçə tərəfdaşı üçün əfv fərmanı imzalayıb. Bunlara keçmiş müşavirlər, vəkillər və Respublikaçılar Partiyasının rəsmiləri daxildir.

Sənəd Ədliyyə Nazirliyinin əfv üzrə vəkili Ed Martin tərəfindən dərc edilib.

Sənəddə Trampın seçki nəticələrini ləğv etmək cəhdlərində rol oynayan şəxslərə "tam, mütləq və qeyd-şərtsiz" əfv fərmanı verdiyi açıqlanır.

SİA-nın məlumatına görə, bunlara aşağıdakılar daxildir:

- Trampın şəxsi vəkili, ştat qanunverici orqanlarına Co Baydenin qələbəsini rədd etmək üçün təzyiq göstərməyə kömək etmiş Rudi Culiani;

- Trampın 2020-ci ildə Ağ Evin aparat rəhbəri Mark Medouz;

- Con İstman və Kennet Çesebro, vəkillər;

- Trampın uzun müddətli müşaviri Boris Epşteyn;

-Sidni Pauell, vəkil.

Ən yaxın müşavirlərindən əlavə, ABŞ prezidenti seçici olduqlarını iddia edərək yalan sənədlər imzalayan onlarla respublikaçı fəalı da əfv edib.

Onlardan bəzilərinə qarşı 2020-ci il seçkilərinin nəticələrinə təsir göstərmək cəhdləri ilə bağlı araşdırmaların davam etdiyi digər ştatlarda - Corciya, Arizona, Viskonsin və Nevada ştatlarında ittiham irəli sürülüb.

Əfvlər simvolik xarakter daşıyır, çünki sənəddə sadalanan şəxslərin heç biri federal cinayətlərdə ittiham olunmayıb. Sənədin tarixi də göstərilməyib, ona görə də imzalanmanın dəqiq tarixi hələ də məlum deyil.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri