Tramp onu əfv etdi
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp 2024-cü ildə insayder məlumat ötürməsində təqsirli bilinən "Tottenhem"in keçmiş sahibi Co Lyuisə əfv tətbiq edib.
Milli.Az xəbər verir ki, bu qərara səbəb Lyuisin 88 yaşında olması və insayder ticarətindən şəxsi qazanc əldə etməməsi olub. Əfv sayəsində o, uzun fasilədən sonra ailəsinin yaşadığı ABŞ-a qayıda biləcək.
Xatırladaq ki, 2024-cü ildə məhkəmə Lyuisə şirkətləri barədə məxfi məlumatları tərəfdaşları və yaxın ətrafına təqdim etdiyinə görə üç il şərti cəza və 5 milyon dollar cərimə kəsmişdi. Bu məlumatlardan istifadə edən şəxslər milyonlarla dollar gəlir götürmüşdü. Milyarder həmin il özünü təqsirli olduğunu etiraf etmişdi.
Lyuis "Tottenhem" klubunun əsas səhmdarı olan "Tavistock Group"un sahibidir və 2022-ci ildə klub üzərində nəzarəti ailə trastına ötürmüşdü.
Asya
Milli.Az
Baxış sayı:26
Bu xəbər 14 Noyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















