Tramp iki hinduşkanı əfv etdi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp noyabrın 26-da qeyd olunacaq Şükran Günü ərəfəsində iki hinduşkanı əfv edib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Evdə keçirilən ənənəvi mərasim prezident administrasiyasının rəsmi “YouTube” kanalında canlı yayımlanıb.
Tramp “Azadlıq” və “Lələk” adlı hinduşkaları əfv edərək zarafatla onların əbədi yaşayacaqlarını bildirib:
“Bu iki gözəl hinduşkanı tam, mütləq və qeyd-şərtsiz əfv edəcəyəm. Bu isə onların əbədi yaşayacağı deməkdir”.
Qeyd edək ki, ABŞ-də Şükran Günü ərəfəsində prezidentə hinduşka hədiyyə edilməsi ənənəsinin əsası 1947-ci ildə, Harri Trumenin hakimiyyəti dövründə qoyulub. 1963-cü ildə isə Prezident Con Kennedi hinduşkanın həyatını bağışlayıb.
ABŞ-də Şükran Günü hər il noyabrın dördüncü cümə axşamı qeyd olunur.
Baxış sayı:72
Bu xəbər 25 Noyabr 2026 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















