Tramp ABŞ a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Prezident Donald Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələrin maraqlarının qorunmasına kömək niyyətində olmadığını bildirib.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
O, Hörmüz Boğazının açılması əməliyyatında iştirak etmək istəməyən ölkələrə iki təklif irəli sürüb.
“Böyük Britaniya kimi Hörmüz boğazına görə yanacaq ala bilməyən və İranın “başının kəsilməsi”ndə iştirak etməkdən boyun qaçıran bütün ölkələr - sizə bir təklifim var: Bir nömrəli təklif, ABŞ-dan (nefti) alın. Bizdə çoxdur.
İki nömrəli təklif, cəsarətinizi toplayın, boğaza gedin və onu alın. Siz özünüz üçün necə döyüşmək lazım olduğunu öyrənməyə başlamalı olacaqsınız. ABŞ həmişə sizə kömək etməyəcək, necə ki, siz bizə kömək etmədiniz. İran həqiqətən də məhv olub. İşin çətin hissəsi yerinə yetirilib. Gedin öz neftinizi özünüz alın”, - Tramp qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 31 Mart 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















