Tramp ABŞ a söz verdi…
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerika prezidenti Donald Tramp ABŞ-ı daha güclü, daha zəngin və dindar etməyə söz verib.
SİA-nın məlumatına görə, bu barədə o, özünün Truth Social sosial şəbəkəsində yazıb.
…Birlikdə biz Amerikanı əvvəlkindən daha böyük, daha yaxşı, daha güclü, daha zəngin, daha sağlam və daha dindar edəcəyik.
Bunu deyən Tramp, digər nəşrlərində də həmvətənlərini Pasxa bayramı münasibətilə təbrik edib.
Bundan əvvəl Tramp ABŞ-ın tariflərdən rekord məbləğdə pul aldığını bildirmişdi.
Amerika liderinin sözlərinə görə, ABŞ-da demək olar ki, bütün malların, o cümlədən benzinin və ərzaq məhsullarının qiyməti düşür, ölkədə inflyasiya aşağı düşür.
Bu fonda Tramp “vədlərinin yerinə yetirildiyini” deyib.
ABŞ prezidenti bu ilin aprel ayının əvvəlində dünya ölkələrinin əksəriyyətinə qarşılıqlı əsasda gömrük rüsumlarının tətbiq olunduğunu elan edərək, bu tədbiri ölkənin iqtisadi müstəqilliyinin başlanğıcı adlandırıb.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Aprel 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















