Icma.az
close
up
RU
Tramp ABŞ də “beyin axını”na səbəb oldu

Tramp ABŞ də “beyin axını”na səbəb oldu

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa, Almaniya və İspaniya da daxil olmaqla 13 Avropa ölkəsi ABŞ-dən istedadlı tədqiqatçıları cəlb etmək üçün hərəkətə keçib.

"Cebheinfo.az” xəbər verir ki, ABŞ-də Prezident Donald Tramp administrasiyası federal kəsiri azaltmaq və ölkənin borcunu nəzarət altına almaq məqsədilə milyardlarla dollar ixtisara getməli olduğunu bildirir.

Elmi tədqiqatlara ayrılan vəsaitlərin azaldılması, Trampın universitetləri müxtəliflik siyasətinə görə ayrı-seçkilikdə ittiham etdiyi dövrə təsadüf edir.

ABŞ-nin Kolumbiya, Cons Hopkins və Yale kimi nüfuzlu universitetlərdə çalışan akademiklərin dolanışıq təhlükəsi, Avropa liderlərində bu vəziyyətdən "intellektual fürsət" kimi yararlanmaq ümidi yaradıb.

Mart ayında Fransa, Almaniya və İspaniya da daxil olmaqla 13 Avropa ölkəsi tərəfindən imzalanan və “Reuters” agentliyi tərəfindən nəzərdən keçirilən məktubda Avropa İttifaqı Komissiyası akademik istedadları cəlb etmək üçün təcili tədbirlər görməyə çağırılıb.

Elmi araşdırmaları maliyyələşdirən Avropa Tədqiqat Şurası “Reuters” agentliyinə açıqlamasında bildirib ki, Avropaya köçən tədqiqatçıları dəstəkləmək məqsədilə köçürmə büdcəsi ikiqat artırılaraq, hər bir ərizəçiyə 2 milyon avroya qədər vəsait ayrılacaq. 

Bu büdcə, tədqiqatçının Avropa təşkilatına köçməsi və laboratoriya qurması kimi xərcləri qarşılayacaq.

Almaniyada yeni hökumət formalaşdırmaq üçün aparılan koalisiya danışıqları çərçivəsində, mühafizəkarlar və sosial-demokratlar mart ayından etibarən 1000-dək tədqiqatçını ölkəyə cəlb etmək planları hazırlayıblar.

Bu, “Reuters” agentliyi tərəfindən əldə edilən danışıqlar sənədlərində əks olunub.

“Reuters”ə müsahibə verən 13 Avropa universiteti və tədqiqat institutu ABŞ-dən Avropaya köç etməyi düşünən tədqiqatçıların sayında artım müşahidə edildiyini bildiriblər.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Aprel 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri