Tramp: ABŞ ın böyük sursat ehtiyatı var, məlumat sızdıranlar cəzalandırılacaq
Icma.az, Sherg.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp ölkənin kifayət qədər sursat ehtiyatına malik olduğunu bildirib və bu barədə məxfi məlumatları yayan şəxslərin uzunmüddətli həbs cəzası ilə üzləşəcəyini deyib.
Sherg.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, ABŞ-ın, xüsusilə bəzi növ sursatlar üzrə böyük ehtiyatı var və ehtiyac yarandıqca ölkədə geniş həcmdə silah istehsalı həyata keçirilir.
Tramp həmçinin qeyd edib ki, sursat ehtiyatları ilə bağlı məlumatları yayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır və onların ciddi şəkildə cəzalandırılması üçün tədbirlər görüləcək.
Trampın açıqlaması The Washington Post və digər ABŞ mediasında ölkədə bəzi sursat növlərinin çatışmazlığı ilə bağlı yayılan xəbərlərdən sonra səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 06 Avqust 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















