Tramp ABŞ və Çinin qarşıdakı razılaşmaları barədə böyük nikbinliklə danışıb
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə Vaşinqtonda baş tutan görüşün məhsuldar olduğunu bildirərək, gələcək ikitərəfli əməkdaşlıqla bağlı nikbinliyini ifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə o, Çin liderinin ABŞ-yə səfəri başa çatdıqdan sonra "Truth Social" sosial şəbəkəsində yazıb.
"Sədr Si və xanım Pen indicə Vaşinqtonu tərk etdilər və Çinə yola düşürlər. Görüş həm Çin, həm də ABŞ üçün dostluq, güc və uğur ruhunda keçdi. Biz noyabrda Çində, daha sonra isə dekabrda Mayamidə G20 sammitində yenidən görüşəcəyik. Çox şey əldə edilib və ediləcək. Mən növbəti görüşümüzü səbirsizliklə gözləyirəm!", - Tramp qeyd edib.
Si Cinpin isə öz növbəsində Trampla birlikdə Çin və ABŞ arasındakı münasibətlər tarixinə parlaq səhifə yazmağa hazır olduğunu bildirib.
"Mən Prezident Trampla birlikdə, tarix qarşısında cəsarət və məsuliyyət nümayiş etdirərək, Çin-ABŞ münasibətlərinin inkişaf tarixinə birgə parlaq səhifə yazmağa hazıram", - "Xinhua" agentliyi Çin liderinin sözlərini sitat gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Sentyabr 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















