“Tramp administrasiyanın hansı siyasət yürüdəcəyini indidən demək çətindir”
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-də yeni prezident seçkilərindən sonra bu ölkə ilə gələcək əlaqələrimizin necə olacağına münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, XİN rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, uzunmüddətli perspektivdə yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur.
A. Hacızadə əlavə edib ki, Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində hazırda müvafiq böyük layihələr həyata keçirir: “Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir”.
XİN rəsmisi, həmçinin bildirib ki, yeni administrasiyanın hansı addımlar atacağı bilinmir: “ABŞ-də keçirilən yeni prezident seçkilərini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir. Şübhəsiz ki, əvvəlki dövrdə Tramp administrasiyası müvafiq olaraq bu konvensiya çərçivəsində ABŞ-nin iştirakını minimuma endirmişdi”.
Günel İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Noyabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















