Icma.az
close
up
RU
Samir Əliyev: “Favoritləri indidən demək çətindir, amma…”

Samir Əliyev: “Favoritləri indidən demək çətindir, amma…”

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Dünya çempionatı hələ yeni başlayıb və mütəxəssislərin favorit hesab etdiyi bəzi komandalar ilk oyunlarını hələ keçirməyiblər. Buna görə də indidən hansısa yığmanı birmənalı şəkildə əsas favorit adlandırmaq çətindir". Bu sözləri Sport24.az-a açıqlamasında Samir Əliyev deyib.
Təcrübəli mütəxəssis ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026-da favorit komandaları açıqlayıb:
"Turnirin ilk mərhələlərində nəticələr çox vaxt komandaların tam gücünü tam əks etdirmir. Adətən qrup mərhələsinin ikinci və üçüncü turlarından sonra komandaların potensialı barədə daha dəqiq fikir formalaşır. Fikrimcə, hazırda çempionluğa əsas namizədlər Fransa, İspaniya, Almaniya və ilk oyunda xal itirməsinə baxmayaraq Braziliyadır. Bu komandalar həm heyət keyfiyyəti, həm təcrübə, həm də son illərdə beynəlxalq arenada göstərdikləri sabit çıxışlarla diqqət çəkirlər. Xüsusilə Fransa və İspaniya son böyük turnirlərdə uğurlu nəticələr əldə ediblər. Almaniya isə ilk oyundakı inamlı çıxışı ilə iddiasını ortaya qoydu. Braziliya ilk görüşdə qələbə qazana bilməsə də, bu komandanın turnirin sonrakı mərhələlərində daha güclü çıxış edəcəyini gözləmək olar".

Əliyev bu gün keçiriləcək oyunlarla da bağlı fikirlərini bölüşüb:

Bu gün dörd maraqlı qarşılaşma keçiriləcək. Günün ən diqqətçəkən oyunlarından biri İspaniya ilə Kabo-Verde arasında baş tutacaq.  Kağız üzərində İspaniya aşkar favorit hesab olunur və mən də onların qələbə qazanacağını düşünürəm. Bununla belə, mundialda favoritlərin hər zaman rahat qələbə qazandığını söyləmək mümkün deyil. Zəif hesab edilən komandalar bəzən nizam-intizamlı oyun və yüksək motivasiya sayəsində sürpriz nəticələr əldə edə bilirlər".
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 İyun 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri