Tramp Aİ ticarəti dayandıracağı ilə hədələyib
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Kanadaya Avropa İttifaqının assosiativ üzvü statusunun verilməsi ehtimalına cavab olaraq, Avropa ilə ayrı-ayrı istiqamətlərdə ticarəti dayandıra biləcəyini istisna etməyib. Oxuməni. az "Associated Press" agentliyinin məlumatına istinadla xəbər verir ki, o, bu barədə Şarlottda jurnalistlərə açıqlamasında bildirib.
"Düşünürəm ki, bu, gülüncdür. Kanada dəhşətli ticarət tərəfdaşı olub. Əgər bunu az da olsa düşmənçilik aktı hesab etsəm, çox ciddi rüsumlar tətbiq edəcəyəm və ya Avropa ilə bir çox mallar üzrə ticarəti dayandıracağam", - deyə Tramp Ursula fon der Lyayenin təklifini şərh edərkən jurnalistlərə bildirib.
Xatırladaq ki, çərşənbə günü Strasburqda Avropa İttifaqının vəziyyəti ilə bağlı illik hesabatı zamanı Avropa Komissiyasının rəhbəri Kanada üçün assosiativ üzvlük statusunu bu ölkə ilə münasibətlərin yeni modeli kimi təqdim edib. O, bununla Brüssel və Ottava arasındakı münasibətləri yeni səviyyəyə çıxarmağı təklif edib.
Bu arada, "EURACTIV" portalı yazıb ki, Kanada fon der Lyayenin təklifi ilə bağlı ehtiyatlı davranır. Nəşrin qeyd etdiyi kimi, Ottava Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmağa çalışsa belə, hələlik belə bir statusu qəbul etməyə hazır deyil.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 17 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















