Tramp amerikalılara şad xəbər verdi: Artıq 600 milyard dollar...
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Ölkə büdcəsinə gömrük rüsumlarından daxil olan gəlirlər 600 milyard dollardan çox olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz artıq 600 milyard dollardan çox gömrük rüsumu əldə etmişik. Yaxın vaxtlarda daha da çox gəlir əldə edəcəyik. Amma yalançı media bundan danışmaqdan boyun qaçırır. Çünki onlar ölkəmizə nifrət bəsləyir və hörmət etmirlər. Onlar ABŞ Ali Məhkəməsinin gömrük rüsumları ilə bağlı ən mühüm qərarlarından birinə mane olmaq istəyirlər. Rüsumlar sayəsində ölkəmiz həm maliyyə baxımından, həm də milli təhlükəsizlik sahəsində heç vaxt olmadığı qədər güclü və hörmətli olub”, — deyə Tramp vurğulayıb.
Xatırladaq ki, 2025-ci il aprelin 2-də Tramp ABŞ tərəfindən 185 ölkə və əraziyə qarşı gömrük rüsumları tətbiq edildiyini açıqlamışdı.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 05 Yanvar 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















