Tramp ABŞ ın NATO ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ-ın NATO-ya verdiyi töhfələr çox yüksəkdir.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardımdan imtina etmək qərarına münasibət bildirərkən bildirib.
"Beləliklə, biz bütün bu pulları xərclədik – yəqin ki, 600... Düzdür, biz hər il təxminən 600 milyard dollar xərcləyirdik, elə deyilmi? Bir düşünün: NATO-ya xərclədiyimiz məbləğlər sadəcə ağlasığmazdır, amma onlar bizə kömək etmədilər”, - Tramp deyib.
ABŞ liderinin sözlərinə görə, əgər ABŞ hətta kiçik məsələlərdə də yardım ala bilmirsə, o zaman Vaşinqtonun da yardım göstərməkdən imtina etmək hüququ var.
Qeyd edək ki, bundan öncə Tramp Avropanın İran məsələsində ABŞ-a kömək etməkdən imtina etməsini axmaqlıq adlandırmışdı.
Baxış sayı:194
Bu xəbər 23 İyun 2026 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















