Tramp Amerikanı itirdi Markov
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Respublikaçılar Partiyasının ağır məğlubiyyəti nəticəsində partiya həm Konqresdə, həm də Senatda çoxluğu itirir.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Demokratlar Partiyası hər iki palatada böyük səs fərqi ilə mütləq çoxluq əldə edir.
1. Bu, şəxsən Trampın tam məğlubiyyətidir və bunun əsas səbəbi İrandakı müharibədir.
1) İrandakı müharibə benzinin və ümumilikdə bütün məhsulların qiymətinin kəskin artmasına səbəb olub;
2) Tramp İrandakı müharibədə qələbə qazana bilməyib. Halbuki amerikalılar yalnız qalib gəldikləri müharibələri sevirlər;
3) Amerikalıların xoşuna gəlmir ki, Tramp İrandakı müharibədə açıq şəkildə ABŞ-ı İsrailə tabe edib. O, bütün addımlarını öz ölkəsinin deyil, hətta dost ölkə olsa belə, başqa bir dövlətin maraqları naminə atıb;
4) Amerikalıların xoşuna gəlməyib ki, Tramp onu demokratlardan fərqləndirən və üstün edən əsas vədini açıq şəkildə pozub: ABŞ-ı heç bir zərurət olmadığı halda müharibələrə cəlb etməmək.
2. Digər səbəblərdən biri də Trampın Amerikanı düşmənlərindən kifayət qədər sərt şəkildə təmizləməməsidir. Amerikalılar hesab edirlər ki, o, daha sərt davranmalı idi.
3. Ukrayna və Rusiya məsələsinə gəlincə, amerikalıların bütün bunlara, sadəcə olaraq, heç bir marağı yoxdur. Əsas məsələ odur ki, Tramp Amerikanı Rusiya ilə nüvə müharibəsi təhlükəsindən uzaqlaşdırmaq vədini yerinə yetirib. Amerikalıları isə bundan başqa heç nə maraqlandırmır.
4. Bu, Demokratlar Partiyasının paradoksal qələbəsidir. Çünki partiya bu seçkilərdə Amerikaya heç bir alternativ təklif etməyib. Demokratlar Partiyasının özü də hazırda çox ciddi böhran içindədir. Partiyanın populyar liderləri yoxdur. Reytinq baxımından hələ də birinci yerdə Kamala Harrisdir.
5. Amerikalılar Demokratlar Partiyasına səs verməyiblər. Onlar Trampın əleyhinə səs veriblər. Həmçinin Mask kimi rəqəmsal texno-feodallara da qarşı çıxıblar. Yəni, əslində, onlar böyük ölçüdə hamıya qarşı səs veriblər.
6. Seçkilər Amerikanın böhran içində olduğunu göstərdi.
7. Lakin Amerikanın siyasi sistemi elə qurulub ki, üçüncü partiyaların siyasi arenaya daxil olmasına imkan verilmir. Buna görə də narazı amerikalıların bütün səsləri hazırda bu səslərə layiq olmayan Demokratlar Partiyasına gedib.
8. İndi hamı iki ildən sonra keçiriləcək seçkilərə hazırlaşacaq. Bu isə o deməkdir ki, demokratlar və respublikaçılar arasında partiyaların yenilənməsi uğrunda mübarizə başlayacaq. Hansı partiya daha tez yeni və parlaq liderlər irəli sürə bilsə, qələbə də onun olacaq”, - o bildirib.
Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərində demokratlar böyük üstünlük əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Noyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















